AMİP sədri Ramiz Mehdiyevin kitabından danışdı

AMİP sədri Yusif Bağırzadə  açıqlamasında akademik Ramiz Mehdiyevin "Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” kitabının beynəlxalq aləmdə ermənilərin məkrli planlarının və ideologiyalarının ifşa olunması baxımından müstəsna rola malik olduğunu qeyd edib.

Onun sözlərinə görə, bu əsərlə bağlı hər bir Azərbaycan vətəndaşı öz mövqeyini bildirməlidir: "Mən də bir siyasi partiya rəhbəri olaraq bu əsərin əhəmiyyətini qeyd edərək, bildirmək istərdim ki, əsər mifoloji erməni ideologiyasının ifşa olunması və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından hüquqi, tarixi, elmi cəhətdən dəyərli bir əsərdir. Bu ktab erməni saxtakarlığının ifşa olunmasında müstəsna rol olacaq.”

Y.Bağırzadə deyib ki, bu kitab vasitəsi ilə ermənilərin Cənubi Qafqazda Azərbaycan torpaqları hesabına yaratmaq istədiyi ikinci erməni dövlətini yaratmaq istiqamətində apardıqları təbliğat maşınını hüquqi və elmi cəhətdən arqumnetlərlə darmadağın etmək silah rolunu oynayacaq:

"Biz bu kitabdakı tarixi və elmi dəlillərə əsaslanaraq erməni toplumunun apardığı yalançı ideologiyanın alt-üst edə biləcəyik. Belə ki, bu kitab başqa dövlətlər tərəfindən və erməni kilsəsi tərəfindən idarə olunub alətə çevrilən erməni toplumunun iç üzünü açıb ortaya qoyub. Bildiyiniz ki, erməni toplumu AMİP və YAP –da əməkdaşlıq etdiyi Avropa Xalq Partiyasının 2015-ci ildə keçiriləcək qurultayında qondarma "erməni soyqırımı”nın 100 illiyi ilə bağlı məsələnin gündəliyə salınıb müzakirə olunmasına çalışır. Biz oradakı dostlarımızla birlikdə bu kitabın köməyi ilə ermənilərin məkrli niyyətlərinin qarşısını ala biləcəyik və hesab edirəm ki, bu məsələdə kitabın əvəzsiz rolu olacaq./Moderator.az/