AMİP yanğınla bağlı bəyanat yaydı

Dünən səhər saat 06.10-da Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzinin taxta konstruksiyalı bir mərtəbəli korpusunda 25 nəfərin həlak olması ilə nəticələnən yanğın bəzi səlahiyyətli şəxslərin məsuliyyətsizliyinin və biganəliyinin daha bir bariz nümunəsidir.

Azərbaycan Milli İstiqlal Partiyası baş verən hadisəni təəssüflə qarşılayaraq, həlak olanların ailələrinə dərin hüzünlə başsağlığı verir və yanğından xəsarət alanlara Allahdan şəfa diləyir.

Eyni zamanda partiya vətəndaşlarımızın həlak olması ilə sonuclanan bu faciənin obyektiv və hərtərəfli araşdırılmasını, günahkarların ciddi cəzalandırılmasını hökümətdən tələb edir.