Avropa Parlamentindən ABŞ-a ittiham

Avropa Parlamentindən ABŞ-a ittiham - ABŞ-ın qeyri-ardıcıllığı davamlı sülhə nail olunmasını çətinləşdirir
Avropa Parlamenti Ukrayna üzrə danışıqlara Aİ-nin cəlb edilməsini və Rusiyanın aktivlərinin Kiyevə verilməsini tələb edən qətnamə qəbul edib. 
Sənəd aşağıdakı müddəaları ehtiva edir:
Ukrayna üçün təhlükəsizlik zəmanətləri
Atəşkəsə Aİ və ABŞ-ın NATO-nun 5-ci maddəsi və Aİ Nizamnaməsinin 42.7-ci maddəsinə əsaslanan etibarlı təhlükəsizlik zəmanətləri müşayiət etməlidir ki, yeni təcavüzün qarşısı alınsın.
Rusiyanın işğal etdiyi ərazilərin tanınmaması
Ukraynanın işğal olunmuş əraziləri Rusiya Federasiyasının bir hissəsi kimi tanınmayacaq. Avropa Parlamenti Avropanın istənilən danışıqlarda iştirak etməsində və “Ukrayna haqqında – Ukraynasız yox, Avropa haqqında – Avropasız yox” prinsipində israr edir.
ABŞ-ın qeyri-ardıcıllığı davamlı sülhə nail olunmasını çətinləşdirir. Vurğulanır ki, mümkün razılaşma Ukraynanın ittifaqlar seçmək və ərazi bütövlüyünü qorumaq hüququnu məhdudlaşdırmamalıdır.
Kiyevə reparasiya krediti
Avropa deputatları Ukrayna üçün dondurulmuş rus aktivləri ilə təmin olunmuş kredit mexanizmi yaratmağı təklif edir və bildirirlər ki, bu aktivlərin taleyinin Aİ-siz müzakirəsi mümkün deyil. Eyni zamanda sanksiyalar sülh müqaviləsi imzalanana qədər götürülməməlidir və Moskva danışıqlardan imtina edərsə, Aİ təzyiqi artırmalıdır.