Nazir olsanız, bir-birinin ardınca idman tədbiri keçirib, onların büdcə hesabına təşkilini oğlunuza həvalə etmək könlünüzdən keçərdimi?
Bəs böyük-böyük idman arenalarının tikintisini necə, başqa bir şirkətə yox, oğlunuza verərdinizmi? Bizim araşdırmalarda əldə etdiyimiz sənədlər belə deməyə əsas verir ki, Azərbaycanda gənclər və idman naziri məhz belə edir. Bu sənədlərə görə hələ üstəlik, sifarişləri oğlunun İngiltərədəki şəriklərinin şirkətlərinə ötürür.
Könüllü olmaq istəyən çoxdur, nazir oğlu isə təkdir
İyun 23-də Bakıda ikinci dəfə start götürəcək F1 yarışlarının təşkilatçısı olan Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BCCOC) bildirir ki, təşkilati işlərə könüllü kimi qoşulmaq üçün üç tələb var: azı 16 yaşında olmaq, ingilis dilini bilmək və gərgin iş rejimində işləməyi bacarmaq. Yüzlərcə könüllü olmaq istəyən gənc üçün bu, heç də asan aşılan tələblər sayılmaz. Yəni, bunlar yarışların təşkilinə sadəcə könüllü kimi qatılmaq üçün irəli sürülən sərt tələblərdir. Bir də var, yarışlardan həm də fayda götürə bilmək üçün onun təşkilinə dair tenderlərə qatılasan. Belə tenderlərin sərt tələblərini keçmək üçün gerçəkdən nazir oğlu olmaq bəlkə də yetərli sayılarmış.
Dövlət büdcəsinə on milyonlarla dollar vəsaitə başa gələn «Formula 1» Avropa Qran-prisinin Bakının mərkəzində təşkil olunması gənclər və idman nazirinin Londonda yaşayan oğlu Arif Rəhimova həvalə olunub.
Azərbaycan hökuməti bu yarışları 10 il ard-arda Bakı şəhərində keçirmək haqda öhdəlik götürüb. Yarışların təşkili üzrə eksklüziv hüquqlar isə bir başqasına deyil, 30 yaşlı Britaniya vətəndaşı Arif Rəhimova verilib. Heç bir tender keçirilmədən. Demək ki, vəziyyət dəyişməsə, yəni nazirlikdə hər şey öz axarı ilə davam edərsə, Arif Rəhimov 2026-cı ilədək «Formula 1» yarışlarında ona tapşırılan işi görəcək.
Yeni oyunlar üçün yeni şirkət
Arif Rəhimov 2013-cü ilin dekabrında «Baku F1» MMC (VÖEN 1502464311) adlı şirkət yaradıb.
«Baku F1» MMC (qəzetdən screenshot)
«Baku F1» MMC (qəzetdən screenshot)
Növbəti aylarda şirkət adını dəyişərək «Baku Grand Prix» MMC olub, hazırda isə Bakı Şəhər Halqası Əməliyyat Şirkəti adını daşıyır.
Vergilər Nazirliyi məlumat verir ki, F1-in təşkilində iştirak etmək məqsədilə 2016-cı ilin fevralında Arif Rəhimovun başçılığı ilə daha bir şirkət – «BCC Commercial» MMC də yaradılıb. Ünvan kimi isə başqa bir yer deyil, Gənclər və İdman Nazirliyinin inzibati binası yerləşən Olimpiya küçəsi 4, seçilib.
«BCC Commercial» Veb screenshot
Azərbaycan dövləti bu yarışların Bakıda keçirilməsi öhdəliyini pozarsa, çoxmilyonlu təzminat ödəməyə məhkumdur. Bunu nazir Azad Rəhimov deyib. Nazirlik BCCOC-nin üzərinə qoyulan öhdəliklər barədə isə sükutla keçir.
Hökumət, eləcə də Gənclər və İdman nazirliliyi «Formula 1» yarışlarının Bakıda təşkil olunmasının yekun büdcəsini verilən vədlərə baxmayaraq açıqlamadı. Nazir Azad Rəhimov 2016-cı ilin iyununda təşkil olunan mətbuat konfransında «dövlət və bütün sponsorlar tərəfindən 100 milyon manata yaxın» xərc çəkildiyini elan etmişdi. Elə BCCOC da qazancı haqda hesabat vermir.
«İdman yarışlarının keçirilməsi də inhisar altındadır»
«Formula 1»-i «ciddi korrupsiya mənbəyi» adlandıran «Azad İqtisadiyyata Yardım» İctimai Birliyinin sədri Zöhrab İsmayıl deyir ki, Azərbaycan büdcəsinin hesabına həm əcnəbilər, həm də yerli məmurlar varlanırlar.
«Yarışları ölkə ərazisində təşkil etmək iş adamı Arif Rəhimova – gənclər və idman naziri Azad Rəhimovun oğluna tapşırılıb. Nazir oğlu «DDLAR Group»-a başçılıq edir. Tikinti sahəsində ixtisaslaşmış şirkətlər qrupu həm də idman tədbirləri üçün nəzərdə tutulmuş obyektlərin tikintisi və təmiri ilə məşğul olur. Şirkətlər qrupu ölkə ərazisində – Bərdə, Şirvan, Ağcabədi, İmişli, Sumqayıt, Tovuz, Cəlilabad, Göygöl, Abşeron, Xaçmaz, Daşkəsən, Mingəçevirdə olimpiya komplekslərinin layihələndirilməsi və tikintisini həyata keçirib. Maraqlıdır ki, bu, Azad Rəhimovun 2006-cı ildə nazir təyin olunmasından sonrakı dövrə təsadüf edir. Beləliklə, ölkədə başqa digər biznes sahələrində olduğu kimi, idman obyektlərinin tikintisi, idman yarışlarının keçirilməsi də inhisar altındadır», – Zöhrab İsmayıl söyləyir.
Arif Rəhimov müvəffəqiyyətdən danışır
Bu yaxında Bakıda keçirilən mətbuat konfransında Arif Rəhimov avtomobil yarışlarının Azərbaycan üçün əhəmiyyətindən danışıb: «Biz Formula 1 Avropa Qran-prisinin ölkəmizdə keçirilən mərhələsinin adını dəyişdirərək, «Formula 1» Azərbaycan Qran-prisi adlandırmaqla, bu yarışın məhz Azərbaycanda keçirilməsi barədə insanlara mesaj göndəririk. Əvvəlcə özümüzü Avropa ölkəsi kimi təqdim etmək ideyası vardı, sonradan dəqiqləşdirmək istədik ki, bu Avropa ölkəsi Azərbaycandır və o, xəritədə məhz bu nöqtədə yerləşir. Düşünürəm ki, müvəffəqiyyət əldə etmişik və bundan sonra da bu istiqamətdə irəliləyəcəyik».
Avropa Oyunlarında tikintilər «DDLAR Group»a tapşırılır
Avtomobil yarışları Arif Rəhimovun atasının nazir kimi nəzarət etdiyi sahəyə ayrılan dövlət vəsaitindən xeyir götürdüyü heç də yeganə qazanc mənbəyi deyil. 2015-ci ildə Bakıda keçirilən Birinci Avropa Oyunlarının yarış arenalarının bir çoxu yerli mediada ona aid olduğu bildirilən «DDLAR Group» Şirkətlər Qrupu tərəfindən inşa olunub. Əlbəttə ki, yenə heç bir tender və müsabiqə olmadan. Gənclər və İdman Nazirliyi yüz milyonlarla manat smeta dəyəri olan idman qurğularının tikintisini, eləcə də "Baku Crystall Hall”un Avropa oyunlarına hazırlanması «DDLAR Group» QSC-yə həvalə edib.
Avropa Oyunlarının keçirildiyi Su İdmanı Sarayının tikintisi 200 milyon manatdan çox, Bakı Stend Atıcılığı üzrə İdman Kompleksinin tikintisi 110 milyon manat, Avropa Oyunları Parkı 100 mln. manatdan bir qədər az məbləğə başa gəlib. Xərclərin məbləğini gənclər və idman naziri Azad Rəhimov açıqlamışdı «DDLAR Group» şirkəti isə inşaat işlərində fəaliyyəti haqda özünün korporativ saytında ətraflı məlumat verir.
Arif Rəhimov-Qeys Siraclı tandemi
Adıgedən şirkət 2013-cü ildə yaradılıb və sonradan adını dəyişərək «DDLAR İnşaat» Qapalı Səhmdar Cəmiyyəti (VÖEN 1502371581) adlanıb. Bu şirkət BCCOC-la eyni hüquqi ünvanı paylaşır: Bakı şəhəri, Tələt Şıxəliyev, küçəsi, ev 20. Bu məkan həm də «İnşaatçı 3» MMC-nin hüquqi ünvanıdır. «İnşaatçı 3» şirkətinin rəhbəri Qeys Məmməd oğlu Siraclıdır.
Azad Rəhimov idman yarışlarını ailə biznesinə necə çevirib? – ARAŞDIRMA
"DDLAR Group"
"DDLAR Group”
Qrupa «Meqa Holdinq» QSC, «Mega Design», «Monolit Beton», «Azven», «Yeni İnşaat», «İnteks», «İşkom», «Meqa Makina» MMC kimi şirkətlər daxildir. Bu şirkətlərdən «İnteks» MMC «2009-cu ildə Azərbaycan Respublikası regionlarının, o cümlədən Lənkəran şəhəri, Astara, Lerik, Masallı və Yardımlı rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Planı»nda nəzərdə tutulan Astara Olimpiya İdman Kompleksinin tikintisi ilə məşğul olub.
Britaniyanın kommersiya şirkətlərinə dair rəsmi bilgilərə görə, 2012-ci ilin fevralında Arif Rəhimov və Qeys Siraclı Londonda (Paternoster House 65 St Paul’s Churchyard) «ARGS Construction ltd» ortaqlığı qurublar. Şəriklər 2014-cü ilin dekabrında şirkətin adını dəyişirlər («AR & Co Trading Limited»), ötən ilin noyabrında isə onu ləğv edirlər.
Britaniyanın kommersiya şirkətlərinə dair rəsmi bilgi.

Mənbə: beta.companieshouse.gov.uk
«DDLAR İnşaat» Bakıda «Green Palace», «Green Park», «Gülüstan», «İzmir», «Mega City», «Astoriya», «Gənclik», «Bayıl», «Dream Tower» yaşayış komplekslərindın başqa, Səudiyyə Ərəbistanında 2 və 3 mərtəbəli 100-dək kottec inşa edib.
Türkiyənin biznes qeydiyyat məlumatlarına görə, bu ölkədə Qeys Siraclının yaratdığı «DDLAR Group Gayrimenkul Yatırım Limited» və «DDLAR İnşaat Turizm Otelçilik Gida Limited» şirkətləri fəaliyyət göstərir.
Nazirlik susur, Hesablama Palatası xərcləri «xırdalayır»
İdman yarışlarının keçirildiyi obyektlərin tikintisinə çəkilən xərclər haqda Gənclər və İdman Nazirliyi öz internet resursunda bir məlumat təqdim etmir. Hərçənd, digər dövlət qurumları kimi o da illik xərcləmələri barədə hesabatı ictimaiyyətə təqdim etməyə borcludur. Əvəzində bu haqda müəyyən məlumatı Hesablama Palatasının dövlət büdcəsinin icrası haqqında rəylərindən əldə etmək olur.
Rəydə qeyd olunur ki, 2014-cü ilin dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan idman obyektlərinin tikintisinə 925,0 mln. manat vəsait istifadə olunub. Bu vəsait hesabına digər idman obyektləri ilə yanaşı, Avropa Oyunları Parkı, Su İdmanı Sarayı, BMX Velosipedi və Dağ Velosipedi yarışları üçün veloparklarının tikintisi, Stend Atıcılığı üzrə İdman Kompleksinin yenidən qurulması işləri də maliyyələşdirilib. Palata bu obyektlər üzrə 2014-cü ildəki xərcləri açıqlamır.
Palatanın 2015-ci il büdcəsinin icrası haqda rəyi daha şəffafdır. Rəydə qeyd olunur ki, həmin il idman obyektlərinin tikintisinə aşağıdakı həcmdə pul xərclənib:
• Su İdmanı Sarayının tikintisi – 20 milyon 499,7 min manat;
• Stend Atıcılığı üzrə İdman Kompleksinin sökülərək yenidən qurulması – 39 milyon 984,9 min manat;
• Avropa Oyunları Parkının tikintisi- 8 milyon manat;
• BMX Velosipedi və Dağ Velosipedi yarışları üçün veloparkların tikintisi -7 milyon 648,0 min manat;
• Abşeron rayonunda Olimpiya İdman Kompleksinin tikintisi – 597,9 min manat;
• Yardımlı rayonunda İdman Kompleksinin tikintisi – 196,7 min manat.
Hesablama Palatası 2015-ci ildə I Avropa oyunlarının keçirilməsi üçün idman infrastrukturlarının yaradılması, hazırlıq və digər təşkilati işlərlə bağlı investisiya xərclərinin 1 milyard 329 milyon 184,5 min manat olduğunu açıqlayıb.
Hökumət 2017-ci ildə idman obyektlərinin tikintisinə dövlət əsaslı vəsait qoyuluşundan 330 milyon 300 min manat vəsait ayırmağı proqnozlaşdırır. Bunu da Hesablama Palatası dövlət büdcəsinə dair rəyində açıqlayıb.
Söz deməkdə xəsislik edənlər
"Formula-1” yarışlarının keçirilməsinə dövlət büdcəsindən xərclənən pullar haqda məlumat verməkdə rəsmilər hər zaman xəsislik ediblər. Nə ötən il, nə də bu il keçirilən avtomobil yarışlarının büdcəsi konkret məbləğlə ifadə olunmayıb. Ötənilki xərclər barədə rəsmi açıqlamalar daha çox «tapmaca» xarakteri daşıyıb: nazir Azad Rəhimov xərclərin 150 milyon dollar olmasını təkzib edib, onun 100 milyon manatdan çox olmayacağını deyib.
Builki xərclər haqda isə hələlik heç kəs danışmaq istəmir. Nazir bu məsələyə bircə dəfə toxunub və deyib ki, keçən ildən fərqli olaraq bu il avadanlıqların alınmasına pul sərf olunmayıb. Nazirliyin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova isə bu il xərclənən məbləğin yarış başa çatandan sonra nazir tərəfindən mətbuat konfransında sual veriləcəyi təqdirdə açıqlanacağını deyib. Bakı Şəhər Həlqəsi Əməliyyat Şirkətinin nümayəndəsi Nigar Arpadarai isə F1-ə ayrılan və xərclənən pulun məbləğinin açıqlanmasının onların vəzifəsi olmadığını deyir.
Maliyyə məsələlərinə az-çox yenə də Hesablama Palatası işıq salır. Qurumun 2017-ci ilin dövlət büdcəsinə dair rəyində «İslam oyunları və "Formula-1” yarışlarının keçirilməsi ilə bağlı xərclər» kimi layihənin maliyyələşdirilməsi üçün 317 milyon 300 min manat vəsaitin ayrılması proqnozlaşdırıldığı yazılır. Amma bu pulun nə qədərinin F1-ə ayrılacağı sənəddə əksini tapmayıb.
Amma o aydındır ki, bu yarışların maliyyə yükünü təhlil edən əksər ekspertlər bizimlə söhbətdə bu qədər vəsaiti yarışlara bilet satışı ilə geri qaytarmağın mümkün olmayacağını deyirlər.
"Formula-1” yarışlarının nazirin öz oğlunun şirkətinə necə həvalə etməsi ilə bağlı rəsmi mənbələrdə heç bir məlumat yoxdur. Tender elanlarının dərc olunduğu rəsmi qəzetlərdə və tender.gov.az saytında belə bir elana rast gəlmədik. Nazirlikdə bununla bağlı sorğulara cavab vermir, deyirlər ki, «BCCOC-a müraciət edin». BCCOC-da da yaxalarını kənara çəkib, «bizə belə suallar verməyin» deyirlər.
Füzuli Ələkbərovun da oğlu var…
Dövlət vəsaitlərinin öz övladına etibar edən təkcə Azad Rəhimov deyil. O, 2006-cı ildə «İtaldizayn» QSC-nin baş direktorluğundan gənclər və idman naziri postuna gətirilərkən, başqa bir adam – Füzuli Ələkbərov da əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsinin icrasına «İmprotex Group» MMC-nin prezidentliyini həyat yoldaşına təhvil verərək başlamışdı.
Keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov, onun qardaşı – İsmayıllı rayon İcra Hakimiyyətinin keçmiş başçısı Nizami Ələkbərov 2010-2012-ci illərdə tikinti və turizm xidmətləri ilə bağlı 17 layihəni «VAFİ-Region» MMC (ləğv olunub) və «Vafi Turizm» MMC-yə (VÖEN 5400385011) tapşırıblar. Azad Rəhimovdan fərqli olaraq, həmin müqavilələrin birbaşa deyil, tender əsasında təqdim olunduğu bildirilir. Onların ümumi dəyəri 64 milyon 337 min manatdır.
il Satınalan dövlət təşkilatı Satın alınan iş və ya xidmət Müqavilə tərəfi Müqavilənin qiyməti (manatla)
2010 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Qobustan rayonunda 4 mərtəbəli 16 mənzilli yaşayış binasının tikintisi VAFİ-Region MMC 1495000
2010 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Qəbələ rayonunda 4 mərtəbəli 36 mənzilli yaşayış binasının tikinti-quraşdırma işləri "VAFİ-Region” MMC 2482998,91
2010 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Sumqayıt şəhərində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün inşası nəzərdə tutulan 12 mərtəbəli 96 mənzilli yaşayış binasının tikinti-quraşdırma işləri "VAFİ-Region” MMC 13597474,2
2012 İsmayıllı rayon İcra Hakimiyyəti İsmayıllı rayonu İvanovka-Hacıhətəmli-Mollaisaqlı avtomobil yolunun tikinti işlərinin satın alınması "VAFİ-Region” MMC 8526000
2012 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Təminat Xidməti Əlillərin istirahətinin təşkili məqsədi ilə İsmayıllı rayonunda 10 günlük istirahəti üçün yollayışların satın alınması "Vafi Turizm” MMC 8400
2012 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Təminat Xidməti Əlillərin istirahətinin təşkili məqsədi ilə İsmayıllı rayonunda 10 günlük istirahət üçün yollayışların satın alınması "Vafi Turizm” MMC 41400
2012 Əmək və Əhalinin Sosial Müdaifəsi Nazirliyinin Dövlət Sosial Təminat Xidməti Əlillərin istirahətinin təşkili məqsədilə İsmayıllı rayonunda 10 günlük istirahət üçün yollayışların satın alınması "Vafi Turizm” MMC 298800
2012 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Beyləqan rayonunda 6 mərtəbəli 54 mənzilli yaşayış binasının tikinti işlərinin satın alınması "VAFİ-Region” MMC 5019471,11
2012 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi İmişli rayonunda 6 mərtəbəli 54 mənzilli yaşayış binasının tikinti işlərinin satın alınması "VAFİ-Region” MMC 5091500,51
2012 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Ağdam rayonunda 6 mərtəbəli 54 mənzilli yaşayış binasının tikinti işlərinin satın alınması "VAFİ-Region” MMC 5011109,82
2012 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tərtər rayonunda 6 mərtəbəli 54 mənzilli yaşayış binasının tikinti işlərinin satın alınması "VAFİ-Region” MMC 5029103,49
2012 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Goranboy rayonunda 6 mərtəbəli 54 mənzilli yaşayış binasının tikinti işlərinin satın alınması "VAFİ-Region” MMC 5012217,9
2012 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Xaçmaz rayonunda 4 mərtəbəli 36 mənzilli yaşayış binasının tikinti işlərinin satın alınması "VAFİ-Region” MMC 3004356,82
2012 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Qax rayonunda 4 mərtəbəli 36 mənzilli yaşayış binasının tikinti işlərinin satın alınması "VAFİ-Region” MMC 3110140,52
2012 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Şamaxı rayonunda 4 mərtəbəli 36 mənzilli yaşayış binasının tikinti işlərinin satın alınması "VAFİ-Region” MMC 3474208,97
2012 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Bərdə rayonunda 4 mərtəbəli 36 mənzilli yaşayış binasının tikinti işlərinin satın alınması "VAFİ-Region” MMC 3134808,48
Mənbə: İqtisadiyyat Nazirliyi
…2013-cü ilin fevralında qəzəblənmiş kütlə İsmayıllı rayonundakı «Çıraq» otelini od vuran zaman «Respublikaçı Alternativ» Vətəndaş Hərəkatının sədri İlqar Məmmədov öz bloqunda rəsmi sənədlərə istinadla yazmışdı ki, bu otel nazirin oğlu Vüqar Ələkbərova məxsusdur. Oteli Ələkbərovların nəzarətində olan bu rayonda «Vafi Turizm» şirkəti tikdirib. Həmin şirkətin təsisçisi isə V. Ələkbərovdur. Media araşdırmışdı ki, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün evlərin nazirə məxsus «Vafi-Region» şirkəti tikib. Bu şirkət sonrakı illərdə müəmmalı şəkildə ləğv edildi.
İlqar Məmmədov ifşa etdi və … həbs olundu
Keçmiş nazirin və qardaşının barələrində tenderlərdə qalibiyyəti öz yaxın adamlarına verməklə vəzifə səlahiyyətlərindən sui-istifadə şübhəsi ilə istintaq tədbirləri aparılmadı. Əvəzində korrupsiya faktına işıq salan REAL sədri İlqar Məmmədov İsmayıllıda iğtişaşların təşkilində iştirak etmək ittihamı ilə 7 il həbs cəzasına məhkum edildi. O, hələ də məhkum həyatını yaşayır.
Füzuli və Nizami Ələkbərov qardaşları vəzifələrini itirsələr də, bizneslərini əvvəlki kimi davam etdirməkdədirlər.
«Bu, açıq-aydın korrupsiyadır»
Araşdırmaçı jurnalistlərin Korrupsiyanın və Mütəşəkkil Cinayətkarlığın Təhqiqi Mərkəzinin Ukraynadan olan üzvü Oleq Xomenok deyir ki, onun ölkəsində bir tipli hallar nəinki mənəvi, elə hüquqi baxımdan da korrupsiya sayılır: «Vəzifəli şəxs tender və ya tender olmadan özünün birbaşa qohumunun xeyrinə qərar qəbul edirsə, demək qulluq mövqeyindən qazanc götürmüş olur, bu isə açıq-aydın korrupsiyadır».
Ukraynalı araşdırmaçı jurnalist Oleq Xomenok
Söhbət nazirdən gedirsə, istintaqı Ukrayna Milli Antikorrupsiya Bürosu aparır. Lakin Azərbaycandan fərqli olaraq, bu ölkədə nazirlərin kommersiya müqavilələri imzalamaq səlahiyyəti yoxdur. Oleq Xomenok Ukraynada korrupsiyanın qarşısının alınması və ona qarşı mübarizə haqqında qanunun olduğunu, maraqlar münaqişəsinin bu yolla həll olunduğunu bildirir.
Azərbaycanda da 2005-ci ildə «Korrupsiyaya qarşı mübarizə haqqında» qanun qəbul edilib. Di gəl ki, qanunvericilikdə dövlətin pullarının atadan oğula ötürülməsinin qarşısını alan mexanizm nəzərdə tutulmayıb.
Azadlıq Radiosu Gənclər və İdman Nazirliyinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, eləcə də "DDLAR” İnşaat şirkətinə və işadamı Vüqar Ələkbərova satınalmalar gedişində maraq toqquşmaları ilə bağlı suallara aydınlıq gətirməkdən ötrü müraciət ünvanlasa da, heç birindən cavab ala bilməyib.
azadliq.org