"İntriqalar və şəxsi maraqlar qabardılmasa, Azərbaycan diasporu Rusiyada böyük işlər görə bilər”
Rusiyada qeydiyyatı ləğv edilmiş Ümumrusiya Azərbaycan Konqresinin yerində yeni Azərbaycan diaspor təşkilatı yaradılıb. Bu barədə qurumun rəhbəri Fazil Qurbanov məlumat verib.
Onun sözlərinə görə, yeni yaradılan təşkilatın "Rusiyanın Azərbaycan Konqresi” adlandırılması təklif olunub: "Rusiyanın 70 regionunda diaspor icması yeni diaspor təşkilatının yaradılması ilə bağlı mənə müraciət etdi. Həm də müraciət olundu ki, Rusiya prezidentliyinə namizəd Vladimir Putinə dəstək üçün təşəbbüs qrupu yaradaq. Biz belə qərara gəldik ki, hələlik təşkilat Rusiyanın Azərbaycan Konqresi adlansın. Eyni zamanda Vladimir Putinə dəstək qərargahı yaradılsın”. Qurbanov deyib ki, artıq Rusiyadakı bütün Azərbaycan diaspor icmalarında Putinin namizədliyinin dəstəklənməsi ilə əlaqədar qərargahlar yaradılıb. Sədr yeni diaspor təşkilatının yaradılması ilə bağlı yol xəritəsinin hazırlandığını, bu barədə məsləhətləşmələrin aparıldığını da qeyd edib. Ekspertlərin fikrincə, yeni qurum keçmiş səhvləri təkrarlamadan Rusiyada daha səmərəli diaspora işi qurmalıdır. Əks halda ÜAK-ın aqibətini yaşayacaq.
Məsələ ilə bağlı "Şərq”ə danışan Əli Orucov deyib ki, ÜAK-nin bağlanılmasına müəyyən qüsurlar səbəb olub. Ekspertin sözlərinə görə, bu məsələnin məhkəmə vasitəsi ilə həllinə çalışılması sadəcə vaxt itkisi idi:
"Nəhayət, həqiqət dərk edilərək yenidən təşkilatlanmaya start verildi. Əvvəlki səhvlər təkrarlanmasa, qurum daxilində intriqalar və şəxsi maraqlar qabardılmasa, Azərbaycan diasporu Rusiyada böyük işlər görə bilər. Hətta ən güclü diasporlardan birinə çevrilər. Çünki bu potensial və imkanlar bizdə var. Fazil Qurbanov məncə düzgün mövqe tutub. Putinin namizədliyinin dəstəklənməsi doğru addımdır. Bu həm diasporanın təşkilatlanmasına və möhkəmlənmsinə, həm də ictimai proseslərdə fəal iştirakına təkan verər. Eyni zamanda reallığı da qiymətləndirmək lazımdır. Rusiyanın uzun müddət gələcəyi məhz cənab Putinlə bağlı olacaq. Diaspor təşkilatı da bu fürsətdən yararlanaraq, Rusiya ilə Azərbaycan əlaqələrinin daha da möhkəmlənməsinə, Rusiyada yaşayan və çalışan milyonlarla vətəndaşımızın maraqlarının və hüquqlarının qorunmasına çalışmalıdır”.