"Azərbaycan düşmənə həm diplomatik, həm də hərbi müstəvidə zərbə endirməlidir və bu davamlı xarakter almalıdır"
"ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, martın 1-də Ağdam rayonunun Çəmənli kəndi istiqamətində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində keçirilən monitorinqin insidentsiz başa çatması beynəlxalq missiya tərəfindən təsdiqini tapıb".
Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ermənistan mətbuatının guya Azərbaycan tərəfinin monitorinq zamanı ATƏT-in missiyasını ön mövqelərə çıxarmaması barədə yaydığı xəbərlə bağlı açıqlamasında bildirilib.
Qurumun açıqlamasından məlum olub ki, Ermənistan tərəfi də monitorinqin müəyyən edilmiş qrafikə uyğun keçirilməsi və atəşkəs rejiminin pozulmaması barədə xəbər yaysa da, Azərbaycan tərəfinin guya ATƏT-in missiyasını təmas xəttinə çıxarmadığını bildirib: "Bir daha bildiririk ki, monitorinqin keçirilməsi mexanizminə uyğun olaraq, beynəlxalq müşahidəçilər əvvəl rabitə, sonra isə vizual əlaqə yaradaraq nə vaxt, hansı nöqtədə olmalarını, eləcə də digər detalları özləri müəyyən edir və monitorinqin bitməsini orada iştirak edən səhra köməkçiləri özləri təsdiq edirlər.
Erməni tərəfi mütəmadi olaraq buna bənzər böhtan xarakterli yalan məlumatlar yaymaqla beynəlxalq qurumları şantaj etmək, onların fəaliyyətinə kölgə salmaq və etimadına xələl gətirmək məqsədini güdür".
Sözügedən məsələ ilə bağlı fikirlərini "Bakı-Xəbər"lə bölüşən AMİP funksioneri Əli Orucovun sözlərinə görə, Ermənistan tərəfindən bu kimi pozucu açıqlamalar hər zaman gözləniləndir: "Ona görə də bu kimi təxribatları hər zaman soyuqqanlı qarşılamaq və buna adekvat cavab vermək lazımdır. Münaqişə başlayandan onlar cığal mövqe sərgiləyir. Bir növ, bu, Ermənistan diplomatiyasına xas olan bir xüsusiyyətdir. Birinci Qarabağ müharibəsində Azərbaycan Ordusu cəbhədə uğur qazananda dərhal atəşkəslə bağlı hay-küy salırdılar. Müvəqqəti atəşkəsdən sonra isə xaincəsinə hücum edirdilər. İndi də guya Azərbaycanın ATƏT missiyasını cəbhə bölgəsinə buraxmadığını uyduraraq, diqqəti əsas məsələlərdən yayındırmaq istəyirlər. Hesab edirəm ki, bütün bu şantaj xarakterli açıqlamalara rəğmən, kimin nə deməsindən asılı olmayaraq, Azərbaycan düşmənə həm diplomatik, həm də hərbi müstəvidə zərbə endirməlidir və bu davamlı xarakter almalıdır. Xüsusən də Ermənistanla informasiya müharibəsində son dərəcə ayıq-sayıq olmalıyıq. Son günlər baş verənlər onu göstərir ki, düşmən tərəfi bununla bağlı bütün rıçaqlarını işə salıb".
Vidadi ORDAHALLI