"Azərbaycanda keyfiyyətsiz dərmanlar satılır" Bu sözləri Cebhe.info-ya açıqlamasında farmakoloq Aydın Əliyev deyib.
Onun sözlərinə görə, bu gün ölkədə satılan dərmanların böyük qismi keyfiyyətsizdir ki, bu da xərçəngə səbəb ola bilər: "Xərçəngin yaranması insan orqanizmindən də asılıdır. Elə pasient var ki, onun səhhəti zəifdir, müxtəlif xəstəliklərə meyllidir. Qəbul etdiyi keyfiyyətsiz dərmanlar da orqanizmində müəyyən iz buraxır. Nəticə etibarı ilə bu cür dərmanlar orqanizmi xərçəngə meylli olan şəxslərdə bədxassəli şişlərin yaranmasına səbəb olur”. Bu səbəbdən dərman alarkən üzərindəki haloqrama baxın və keyfiyyəti ilə tanış olun.