Beynəlxalq terrorizm Azərbaycana da ciddi təhlükələr yaratmaqdadır

Artıq soyuq qış arxada qaldı. Adətən siyasi proseslər də yazda aktivləşir. Maraqalıdır qarşıdakı günlərdə siyasi aktivlik olacaqmı? Yaxud Azərbaycan müxalifəti planları nədən ibarətdir? Sualları ilə müraciət etdiyimiz AMİP Siyasi Şurasının üzvü Əli Orucov bildirdi ki: "Siyasi proseslərin sürəti və aktivlik ilin fəsilərində, yaxud da hansısa mövsümlərdən asılı deyil. Bu aktivlik daha çox cəmiyyətin fəallaşmasına stimul verən seçkilərdən və siyasi həyatdakı canlamalardan asılıdır. Eyni zamanda dünyada və regionda cərəyan edən yaxud da böyük güclərin regionla bağlı planlarına bağlıdır.

Nəzərə alsaq ki, bu il Azərbaycanda hər hansı bir seçki gözlənilmir, əhalinin siyasi fəallığı da istənilən səviyyəyə yüksəlməyib, üstəlik də regional və beynəlxalq aktorların ölkəmizlə bağlı planlarında ciddi dəyişiklik görsənmir.

Bildiyiniz kimi uzun illərin siyasəti Azərbaycan müxalifətinin siradan çıxmasına, zəifləlməsinə yönəldiyindən artıq bu öz "bəhrəsini" verib. Siyasi müxalifət nə siyasi proseslərə təsir edə bilmir, nə də təsirli güc mərkəzi kimi hadisələri öz xeyrinə dəyişmək imkanlarına malikdir.”

Partiya yetkilisinin fikrincə "Lakin bu heç də o demək deyil ki, Azərbaycanda hər şey sakit və axıcı olacaq. Beynəlxalq terrorizmin tüğyan etməsi, terrorun sərhədlərimizə dirənməsi təhlükələri daha da artırıb. Bu baxımdan müxalifətin özü də separatizm və terrorizm kimi qorxuc probleməri də gələcək fəaliyyətlərində diqqətə almalıdır. Çünki Azərbaycan istər-istəməz Qərb-Rusya qarşıdurmasının keçdiyi cəbhə xəttinə çox yaxın məsafədə yerləşir və təhlükələr və təhdidlərdən sığortalanmamışıq.

Hesab edirəm ki, sosial, iqtisadi, siyasi və digər sahərdə getdikcə dərinləşən böhran Azərbaycan müxalifətinin də üzərinə böyük yük və məsuliyyət qoyur. Çalışılmalıdır ki, ölkədə ciddi qarşıdurmalara, ədavətə, düşmənçiliyə və idarə olunan xaosa, anarxiyaya yol verilməsin” /"Reytinq" qəzeti/