Rusiya və Çin BMT Təhlükəsizlik Şurasının İran ətrafındakı vəziyyətlə bağlı təcili iclasının keçirilməsini tələb edib.
Musavat.com xəbər verir ki, iclas şənbə günü yerli vaxtla saat 16:00-da (Bakı vaxtı ilə 01:00) Nyu-Yorkda planlaşdırılıb.
BMT Baş Katibi artıq Yaxın Şərqdə hərbi eskalasiyanı pisləyib və dərhal atəşkəs elan olunmasını tələb edib.
Onun sözlərinə görə, ABŞ və İsrailin hərbi əməliyyatları beynəlxalq sülh və təhlükəsizliyə zərbə vurur.
İran ətrafındakı vəziyyətlə bağlı fövqəladə iclas çağıran digər ölkələr arasında Fransa, Bəhreyn və Kolumbiya da var.