Əli Orucov: "Qarabağ danışıqları ilə bağlı yaranan mürəkkəb vəziyyət göz qabağındadır"
Xəbər verildiyi kimi, ATƏT-in Minsk Qrupunun keçmiş həmsədri, ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza mətbuata açıqlamasında deyib ki, "Dağlıq Qarabağ münaqişəsinin həll prosesinin necə inkişaf edəcəyini Allah da bilmir, mən necə bilə bilərəm?".
Həmçinin, Brayza açıqlamasında onu da qeyd edib ki, ABŞ-ın yeni prezidenti Donald Tramp sülh haqqında fikirləşsə, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində irəliləyişə nail olmaq olar: "Lakin biz bilmirik yeni prezidentin başında nə var və o nə düşünür... Prezidentlər və xarici işlər nazirləri görüşmədikləri halda münaqişə dinc yolla həll oluna bilməz".
Rusiya prezidenti Vladimir Putinin Rusiya və Ermənistan qoşunlarının birləşmiş qruplaşmasının yaradılması haqqında sazişi təsdiqləməsinə münasibət bildirən Brayza qeyd edib ki, ATƏT-in Minsk Qrupunun həmsədri kimi Rusiyanın bu addımı necə atdığını anlamır. Onun sözlərinə görə, Putin Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyanın əsas iştirakçı olduğunu sübut etmək istəyirsə, belə addımlar atmamalıdır.
"Aprel hadisələri Dağlıq Qarabağ münaqişəsində hazırkı status-kvonun qeyri-stabil olduğunu göstərdi". Bunu isə İrəvanda səfərdə olan ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Bricit Brink bildirib. "Biz həqiqətən hesab edirik ki, status-kvo qeyri-stabildir", - deyə Brink ABŞ-ın Ermənistandakı səfirliyində jurnalistlərlə görüşündə bildirib.
"RİA Novosti"nin xəbərinə görə, diplomat etimad tədbirlərinin möhkəmləndirilməsi, danışıqların bərpa edilməsi istiqamətində iş aparılmasının vacib olduğunu qeyd edib: "Münaqişənin nizamlanması Ermənistan üçün də müsbət olacaq".
Bütün bunların fonunda Brayzanın məlum açıqlama ilə çıxış etməsini ekspertlər necə şərh edir?
Məsələyə münasibət bildirən AMİP Siyasi Şurasının üzvü Əli Orucovun sözlərinə görə, Brayzanın açıqlamasında hansısa "tapıntı" yoxdur: "Yəni məsələ ondadır ki, Dağlıq Qarabağla bağlı aparılan danışıqların dalana dirənməsi neçə vaxtdır göz qabağındadır. O baxımdan bununla bağlı proqnoz verməkdən ötrü diplomat olmağa ehtiyac yoxdur. Ona görə ki, danışıqlarla bağlı yaranan mürəkkəb vəziyyət göz qabağındadır. Faktiki olaraq danışıqlar yerində sayır. Həmçinin, Brayzanın "Tramp sülh haqqında fikirləşsə, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində irəliləyişə nail olmaq olar" kimi açıqlama verməsi onun qeyri-ciddiliyindən xəbər verir. Hesab edirəm ki, bu, diplomata xas olan yanaşma deyil. Birləşmiş Ştatların prioritetləri içərisində Dağlıq Qarabağ münaqişəsinin həlli yoxdur. ABŞ üçün Suriya və İraqda problemlərin həlli daha prioritet təşkil edir. Belə olan halda, münaqişənin həllini Trampın bu barədə fikirləşməsi ilə əlaqələndirmək bəsit yanaşmadır. Bir də bu həmin Metyu Brayzadır ki, həmsədr olarkən Azərbaycana gələndə bir cür, Ermənistana gedəndə başqa cür açıqlama verərdi. Ona görə də onun açıqlamalarına ciddi yanaşmağa dəyməz".
Vidadi ORDAHALLI