Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Siyasi Şurasının üzvü Əli Orucov "Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, "Ana Haray”ı abidəsi Xocalı sayqırımını tam mənada ehtiva etmir. Ə.Orucov daha obrazlı abidələrin yaradılmasını zəruri hesab etdiyini bildirib:
"Biz dəfələrlə "soyqırım muzeyi”nin yaradılmasının zəruriliyini bildirmişik. Bu gün erməni kilsələrində soyqırım arxivləri fəaliyyət göstərir. İrəvanda soyqırım abidəsi yaradıblar. "Soyqırım parkı”nın yaradılması Azərbaycan üçün vacibdir və bu təkcə təbliğat üçün deyil, həm də yetişən gəncliyin bu cür hadisələri daha dərindən və dəqiq bilməsi üçün lazımdır. Amma çox təəssüflər olsun ki, biz bu cür məsələlərə çox səthi yanaşırıq. Ancaq hansısa rayonun işğal günündə bunları xatırlayırıq. Bir neçə gün erməniləri söyüb sakitəşirik. Soyqırım faktları əyani vasitələrlə təbliğ olunmalı və dünya ictimaiyyətinin diqqətinə çatdırılmalıdır. Bu həm də soyqırım qurbanlarının xatirəsinə hörmət əlaməti olardı. Xocalı faciəsini özündə ehtiva edən "Ana Harayı” abidəsi də bu soyqırımı tam çılpaqlığı ilə göstərə bilmir. Bunu daha obrazlı şəkildə etmək olar. Eyni zamanda bu protokol qaydasında da salınmayıb ki, gələn qonaqlar bu abidəni ziyarət etsinlər. Bu məsələnin protokola salınması vacibdir. Bunun özü də təbliğat vasitəsidir və həm də bu tarixinə, keçmişinə, faciələrinə yanaşma tərzidir”.