Yusif Bağırzadə: "Bu məsələni şərt kimi qabardaraq oyunların boykot
edilməsinə çağırışlar etmək bütövlükdə dövlət maraqlarımıza uyğun deyil”
Pənah Hüseyn: "Bəyanatın əsasına qoyulmuş Azərbaycanda siyasi məhbus məsələsi səbəbini haqlı hesab edirəm”;
Mirmahmud Mirəlioğlu: "Biz özümüz belə addım atmazdıq”
Müsavat Partiyası Avropa Oyunları ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir ki, Müsavat Partiyasının Məclisi hələ ötən il Avropa Oyunları ilə bağlı məsələni müzakirə edərək yarışlardan əvvəl ölkədə siyasi islahatlar həyata keçirilməsə, xüsusilə siyasi məhbuslar azadlığa buraxılmasa, Avropa dövlət rəhbərlərinə oyunların açılış mərasiminə qatılmamaqları üçün müraciət ünvanlayacağı barədə qərar qəbul edib.
Qərar Məclisin 4 aprel 2015-ci il tarixli yığıncağında bir daha təsdiq olunub. Partiya iyunun 3-də hakimiyyətə çağırışlarının nəzərə alınmadığını əsas tutaraq Avropa ölkələrinin hökumət və dövlət rəhbərlərini Avropa Oyunlarının açılış mərasimində iştirak etməməyə çağırıb.
Bir neçə tanınmış müxalif partiya sədrlərindən belə bir çağırışa münasibətlərini, onların da bu çağırışa qoşulub-qoşulmadıqlarını öyrəndik.
AMİP sədri Yusif Bağırzadə isə bildirdi ki, rəhbərlik etdiyi Milli İstiqlal Partiyası ölkədə siyasi fəaliyyətinə görə həbs olunması ehtimal olunan məhbusların cinayət işlərinə yenidən baxılması və onların bir qisminin azad olunması barədə mövqeyini mütəmadi olaraq bildirib və bu gün də o mövqedə qalır: "AMİP məsələ ilə əlaqədar ölkə rəhbərliyinə də fikirlərini təqdim edib və bu gün də ölkədə fəaliyyət göstərən istənilən siyasi qüvvə ilə siyasi məhbus probleminin həlli istiqamətində birgə addımlar atmağa hazırdır. Hesab edirik ki, ölkədə Avropa Oyunlarının keçirilməsinə sayılı günlər qaldığı bir vaxtda bu məsələni şərt kimi qabardaraq oyunların boykot edilməsinə yönəlik çağırışlar bütövlükdə dövlət maraqlarımıza uyğun deyil və biz dövlətçilik maraqlarından çıxış edərək bu cür çağırışları məqbul hesab etmirik”.
Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn dedi ki, bu məsələyə dair AXP və onun üzvü mövqeyi üzvü olduğu "Azadlıq-2015" seçki blokunun Avropa Oyunları haqqında qəbul etdiyi xüsusi bəyanatda ifadə edilib: ”Həmin bəyanatda "Azadlıq-2015" seçki blokuna daxil olan siyasi partiyalar bildirib ki, I Avropa Oyunlarını boykot çağırışlarına tərəfdar deyillər və belə çağırışlar etməyəcək. Eyni zamanda ”Azadlıq-2015" bloku oyunlara münasibətdə siyasi və ya başqa motivlərlə əlaqələndirilən tənqidi yanaşmaların, o cümlədən boykot çağırışlarının olmasını və həmin yanaşmaları ifadə etməyi fərdlərin, təşkilatların əsas insan hüquq və azadlıqlarından irəli gələn təbii hüququ hesab edib. Blokun bəyanatında deyilib ki, Azərbaycan hakimiyyətinin yürütdüyü repressiv siyasi xətt belə çağırışlara kifayət qədər əsas verir, belə çağırışlar olacağı halda onu edənlər əleyhinə təqiblər blok tərəfindən yolverilməz sayılır, bu halda blok təqib olunanların yanında olacaq, onların ifadə hüququ və azadlıqlarını müdafiə edəcək. Əlavə olaraq bildirirəm ki, Müsavat Partiyasının bəyanatının əsasına qoyulmuş Azərbaycanda siyasi məhbus məsələsi səbəbini haqlı hesab edirəm, tam həmrəyəm və müdafiə edirəm".
KXCP sədri Mirmahmud Mirəlioğlu bildirdi ki, hər bir partiyanın qəbul elədiyi qərara hörmətlə yanaşmaq lazımdır. Çünki bu qərar bir şəxsin iradəsi ilə verilən qərar deyil, kollektiv əməyin məhsuludur, buna hörmətlə yanaşmaq lazımdır: "Biz hesab edirik ki, bu məsələdə Müsavat Partiyası öz azad, müstəqil mövqeyini ifadə edib. KXCP olaraq və öz şəxsim adıma deyə bilərəm ki, bu məsələdə onların haqlı olduqları öz yerində, amma bunu təqdir eləmirəm. Düşünürəm ki, biz özümüz belə addım atmazdıq. Müsavata da etiraz eləmirik, o da onların haqqıdır”.