Əli Orucov: "Putinin əsas məqsədi Suriya məsələsində Vaşinqtonla əməkdaşlıq fonunda Krımın işğalını ABŞ-a həzm etdirməkdir"
"Suriyadakı vəziyyətin perspektivi Əsədlə Putin arasında olan razılaşmadan deyil, böyük güclərin anlaşmasından asılıdır"
Putinlə görüşmək üçün Moskvaya gedən Suriya lideri Bəşər Əsəd Türkiyə üzərindən keçməkdən qorxub. "Bakı-Xəbər" dünya KİV-lərinə istinadən xəbər verir ki, Rusiyaya məxsus təyyarə ilə Moskvaya səfər edən Əsəd təkidlərə baxmayaraq, Türkiyə üzərindən uçmaqdan imtina edib.
Ona təyyarənin Rusiyaya məxsus olduğu xatırladılsa da, Əsəd Türkiyənin təyyarəni vura biləcəyindən ehtiyatlanıb. Bundan sonra içində Əsədin olduğu Rusiyaya məxsus təyyarə əvvəlcə İraq üzərindən keçərək İrana çatıb. Daha sonra təyyarə Xəzər dənizi üzərindən uçaraq Rusiya ərazisinə daxil olub.
Bu səfər barədə müxtəlif mülahizələr irəli sürülür.
Maraqlı olan isə budur: Bəşər Əsədin Moskva səfəri Suriyadakı vəziyyətin perspektivi üçün nə vəd edir?
AMİP funksioneri Əli Orucov qəzetimizə açıqlamasında bildirdi ki, Suriya ilə Rusiyanın müttəfiqliyi hamıya bəllidir: "Ona görə də bu səfərdə sensasion nəsə axtarmaq tam yersiz olar. Məlumdur ki, Rusiya prezidenti Vladimir Putin Suriyanın dövlət başçısı Bəşər Əsədi qəfil Moskvaya çağırdı. O da qaça-qaça getdi. Başqa çarəsi yoxdur. Rusiya Əsəd rejiminin dəstəkçisinə çevrilib. İranın Rusiya qədər elə güclü hərbi texnikası və raketləri yoxdur ki, İŞİD terrorçularının mövqelərini bombalasın. İran azsaylı canlı qüvvə ilə Əsəd ordusuna kömək edə, bir də bu işə "Hizbullah" təşkilatını qoşa bilər. Əlbəttə, Putin hələ ki, Suriyanı və Əsədi itirmək istəmir və bu ölkədəki terrorçuları Şimali Qafqaza geri qayıtmadan uzaq məsafədən məhv etmək istəyir. Ancaq, məncə, Putin Suriya məsələsində həqiqətən beynəlxalq aləm, ən əsası isə çox tənqid etdiyi Vaşinqtonla əməkdaşlığa can atır. Bu məqsədlə Putin Vaşinqtonun "Əsəd müvəqqəti prezident olsun" təklifini də qəbul etməyə hazırdır. Bəs bütün bunları Putin niyə edir? Məncə, Putinin əsas məqsədi Suriya məsələsində Vaşinqtonla əməkdaşlıq fonunda Krımın işğalını ABŞ-a həzm etdirməkdir. Putin bunu bacararsa, Suriyadan bir müddət sonra imtina edə bilər. Onsuz da, bütün hallarda, Putin anlayır ki, Əsəd keçmiş Suriyanı geri qaytara bilməyəcək. Buna nə ABŞ, nə Səudiyyə Ərəbistanı, Qətər və nə də Türkiyə imkan verər. Suriyadakı vəziyyətin perspektivi Əsədlə Putin arasında olan razılaşmadan deyil, böyük güclərin anlaşmasından asılıdır".
Məhəmmədəli QƏRİBLİ