Müxalifətdən AzTV-nin hücumuna reaksiya; "Ölkənin və millətin taleyinə müxalifət də məsuliyyət daşıyır”
AzTV srağagündən ənənəvi müxalifətə savaş açıb. Müxalifət ənənəvi şəkildə hədəfə alınıb, tənqid olunur. İqtidarın çoxdan "unutduğu” siyasi rəqiblərini yenidən xatırlamasının səbəbləri nə ola bilər? Müxalifət düşərgəsi hücumları necə dəyərləndirir?
AMİP Siyasi Şura üzvü Əli Orucov hesab edir ki, müxalifətin hədəfə gətirilməsi ciddi narahatlıqdan xəbər verir: "Tarixən belə olub, hansı siyasi sistemlərdə ciddi böhranlar yaşanırsa, hakimiyyətlərin varlığına təhlükələr reallaşırsa, ya xarici, ya da daxildən düşmən axtarışına çıxılır və bütün fokslar da ona yönəldilir.Yaxud da müharibə risqləri yaradılır. Lakin tarix həmişə belə priyom və üsulları uğurla sınaqdan çıxara bilməyib. Bir tərəfdən deyirlər ki, müxalifət yoxdur, yaxud zəifdir, xalq arasında etimadını itirib, digər tərəfdən, müxalifətə yüklənilir, onlar günah obyektinə çevrilirlər. Hakimiyyət təbliğatçıları hansı uğurlardan danışırlar ki, dünyanın ən nüfuzlu qurumlarının müxtəlif təyinatlı və yönlü hesabatlarında ən pis, ən uğursuz yerlərdə ölkənin adı keçir. Bunu müxalifət etməyib, iqtidar edib.
Bəs parlamentdə formalaşdırdıqları müxalifət niyə AzTV tənqidindən kənarda qalır?
Yoxsa onların müxalifətçiliyinə inamları yoxdur. Məncə, bu suçlamalar əksinə, bumeranq təsiri bağışlayacaq. Əks təbliğatın özü də təbliğatdır. İnsanlar indi daha ayıq, gözü açıq və praqmatikdirlər. Təhlükəlisi odur ki, problemlərdən diqqəti yayındırmaq üçün hansısa həbs və repressiyalar üçün bir zəmin və baza hazırlanır. İlkin işartılar var. Hakimiyyət və onun təbliğat maşını nə edirsə etsin, müxalifət sivil və demokratik qaydada həmişəki kimi mübarizəsini davama etdirəcək, heç bir təxribata, təhrikçiliyə uyub qarşıdurmalara və gərginliyə rəvac verməyərək hakimiyyətin planının reallaşmasına rəvac verməyəcək. Bu ölkənin və millətin taleyinə müxalifət də məsuliyyət daşıyır".