"Hazırda biz Avropa İttifaqı-Azərbaycan əməkdaşlığının gələcək formatı üzərində işləyirik". Bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Xorvatiya Prezidenti xanım Kolinda Qrabar-Kitaroviçlə mətbuata birgə bəyanatlarla çıxışında deyib.
Dövlət başçısı qeyd edib ki, iki ölkə arasında əməkdaşlığı inkişaf etdirməklə bağlı çox yüksək səviyyədə qarşılıqlı anlaşma mövcuddur: "Əməkdaşlığımız üçün möhkəm hüquqi baza var. Üç il bundan əvvəl mənim Xorvatiyaya rəsmi səfərim zamanı biz strateji tərəfdaşlıq və dostluq barədə Bəyannamə imzaladıq. Bu, əsas sənəddir və bu sənədin adı onun nə dərəcədə əhəmiyyətli olduğunu göstərir. Beləliklə, biz strateji tərəfdaş və dostlarıq".
İlham Əliyev onu da qeyd edib ki, strateji tərəfdaşlıq və dostluq barədə Bəyannamə əməkdaşlığımızın bütün sahələrini əhatə edir: "Bizim çox yaxşı siyasi əlaqələrimiz var. Xanım Prezidentin bugünkü səfəri bizim beynəlxalq təşkilatlar, BMT, ATƏT, Avropa Şurası çərçivəsində fəal əməkdaşlıq etdiyimizi göstərir. Bu gün biz xanım Prezidentlə Avropa İttifaqı-Azərbaycan tərəfdaşlığını geniş müzakirə etdik. Mən Avropa İttifaqı ilə Azərbaycan arasındakı yaxınlaşmanı dəstəklədiyinə görə Xorvatiyaya minnətdarlığımı bildirirəm. Hazırda biz Avropa İttifaqı-Azərbaycan əməkdaşlığının gələcək formatı üzərində işləyirik. Biz artıq Avropa İttifaqının üzvü olan doqquz ölkə ilə strateji tərəfdaşlıq bəyannamələri imzalamışıq. Düşünürəm ki, bu, Avropa İttifaqı-Azərbaycan razılaşması üçün yaxşı potensial əsasdır".
Bütövlükdə, Aİ və üzv ölkələrlə əməkdaşlıq formatı bizə nə verir?
Məsələyə münasibət bildirən AMİP-in baş katibi Arzuxan Əlizadənin sözlərinə görə, çoxtərəfli əməkdaşlıq formatı əlaqələrin inkişafına müsbət təsir edə bilər: "Məsələ ondadır ki, həm Avropa İttifaqı, həm də quruma üzv olan ölkələrlə ikitərəfli əlaqələrin inkişaf etdirilməsi Azərbaycanın xeyrinədir. Bu cür siyasət bəzi məsələlərlə bağlı yaranan fikir ayrılıqlarının yoluna qoyulmasına, bununla bağlı ortaq məxrəcin tapılmasına yardımçı ola bilər. Çünki elə Avropa ölkələri var ki, həmin dövlətlərin Azərbaycanla münasibətləri daha yaxşıdır. Elə Aİ üzvü var ki, həmin dövlət qurumun fəaliyyətində elə də aktiv rol oynamır və yaxud da daha çox tərəfsiz siyasət yeridilməsinə üstünlük verir. Bu baxımdan çoxşaxəli əməkdaşlıq formatı müəyyən müsbət effekt verə bilər. Təbii ki, bu kimi əməkdaşlığın davamlı xarakter alması vacibdir. Yalnız o zaman bunun arzuolunan nəticəsi ola bilər"