Azərbaycan cüdoçusu Murad Fətiyev Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
"Report"un məlumatına görə, 81 kq çəki dərəcəsində çıxış edən idmançı 1/16 finalda Frederik Harris (Sierra Leone) ilə üz-üzə gəlməli idi.
Rəqibi qarşılaşmaya çıxmadığı üçün Fətiyevə texniki qələbə verilib. O, 1/8 finalda Monqolustan təmsilçisi Səid Mollayi ilə görüşəcək.
Qeyd edək ki, Azərbaycan Tokio-2020-də 9 cüdoçu ilə təmsil olunur. Daha əvvəl Kəramət Hüseynov (60 kq), Aişə Qurbanlı (48 kq), Orxan Səfərov (66 kq) və Rüstəm Orucov (73 kq) yarışı medalsız başa vurub. Orucov bürünc medal uğrunda görüşdə uduzub və 5-ci yerlə kifayətlənib.