"Ermənilər torpaqları mənimsəmək və məskunlaşmaq siyasəti aparırlar...”
Şanlı
aprel döyüşlərimizlə bağlı hər dəfə bir ziyalımızın fikirlərini təqdim
edirik. Bu dəfə Azərbaycan Milli İstiqlal Partiyasının lideri (AMİP)
Etibar Məmmədov Moderator.az-a açıqlamasında bildirib ki, aprel
döyüşləri bizim tariximizdə bir dönüş nöqtəsi oldu:
"Bu
atəşkəsdən sonra ilk böyük irimiqyaslı bir döyüş əməliyyatı idi və ilk
dəfə idi ki, Azərbaycan əks hücum xarakterli əməliyyat həyata keçirdi.
Bu da çox uğurlu bir əməliyyat oldu. Aprel döyüşləri ilə Azərbaycan
strateji paylaşmanı da dəyişməyə nail oldu. Həm strateji yüksəklikləri
geri qaytardı, həm də psixoloji üstünlük əldə etdi. Azərbaycan
müharibənin gedişində bir dönüşə nail oldu və bu da çox ruhlandırıcı bir
nəticə idi. Aprel döyüşləri həm Azərbaycan ordusu üçün, həm də milləti
üçün çox əhəmiyyətli bir nəticədir”.
E.Məmmədov deyib ki, düşmən tərəfdə özünə arxayınlıqdan qalıqlar qalıb:
"Ermənistanda
hələ də özünə arxayınlıqdan qalıqlar qalıb. Böyük dövlətlər Azərbaycanı
hərbi əməliyyatlardan çəkindirməyə çalışırlar və Minsk qrupunun
vasitəsi ilə nəticəsiz danışıqları yeniləndirirlər. Bu da Ermənistan
tərəfdə həmin arxayınlığı yaratmşdı ki, Azərbaycan heç vaxt irimiqyaslı
əməliyyat keçirə bilməz. Ancaq 2016-cı ilin aprel döyüşləri göstərdi ki,
belə bir risk onlar üçün həmişə var”.
E.Məmmədov qeyd edib ki, düşmənə işğal olmuş torpaqlarımızda dinclik vermək olmaz:
"Mənim
fikrimcə əldə edilən üstünlüyü yeniləmək lazımdır ki, düşməndə
arxayınçılıq olmasın. Müharibədə udmaq da, uduzmaq da olar. Döyüşlərdə
bu təbii haldır. Ancaq istənilən halda işğalçılara işğal olunmuş
ərazilərdə dinclik vermək olmaz. Ermənilər torpaqları mənimsəmək və
məskunlaşmaq siyasəti aparırlar. İstər kiçik xarakterli döyüşlər
vasitəsi ilə, istərsə də partizan hərəkatı həyata keçirmək vasitəsitəsi
ilə imkan vermək lazım deyil ki, düşmən dinc şəkildə ərazilərimizdə
məskunlaşıb, torpaqları mənimsəsin”.