Milli Məclisin plenar iclasında Elman Rüstəmovun Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi haqqında məsələ müzakirəyə çıxarılıb.
İqtisadi siyasət komitəsinin sədri Tahir Mirkişili layihə barədə məlumat verdi.
Komitə sədri Siyavuş Novruzov E.Rüstəmovu müsbət xarakterizə etdi və həmkarlarını ona səs verməyə çağırdı.
Deputat Aydın Mirzəzadə E.Rüstəmovun xüsusi karantin rejimində vətəndaşların kreditlərinin dondurulması ilə bağlı banklarla danışmasını xahiş etdi.
Elman Rüstəmov parlamentdəki çıxışı zamanı yenidən göstərilən yüksək etimada görə Prezident İlham Əliyevə müraciət etdi. Bidlirdi ki, ilk dəfə mərhum Prezident Heydər Əliyev tərəfindən bu vəzifəyə təyin edilib.
E.Rüstımov ilk dəfə yeni tərkiblə görüşməsindən istifadə edib onalrı təbrik etdi və etimada görə təşəkkürünü bildirdi.
Bundan sonra səsvermə keçirildi və E.Rüstəmov 91 lehinə, 1 əleyhinə, 1 bitərəf olmaqla yenidən Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin üzvü seçildi. Musavat.com