"4 iyun qiyamı haqqında indi hamı danışır, özünü böyük fiqur kimi göstərməyə çalışır. Ancaq məsələ ondadır ki, həmin vaxt hakimiyyətdə olan komanda ölkədə sərt rejim yaratmaq niyyətində olub. Bu, mərhum Əbülfəz Elçibəyin iradəsindən kənarda olub”.
Bunu Teleqraf.com-a sabiq AMİP-çi Elşad Musayev deyib.
O, bildirib ki, iyunda Gəncədə baş verənlər qiyam olub və bunu heç kəs danmır: "Ancaq bu hadisələr araşdırılmalıdır ki, nədən Gəncədə qiyam baş verdi. İndi AXC hakimiyyətində təmsil olunan şəxslər iddia edirlər ki, Elçibəyin prezidentlik səlahiyyətlərinin alınması haqda qanun layihəsini AMİP hazırlayıb və Şadman Hüseyn bu layihəni parlamentdə təqdim edərkən sevincdən ağ kostyumda olub. Ancaq mən özüm Şadman Hüseyndən soruşdum, o, and içdi ki, ümumiyyətlə, belə bir layihədən xəbəri olmayıb, sadəcə ona deyiblər ki, bunu parlamentə sən təqdim et. Şadman Hüseyn də AMİP-in deputatı idi və layihəni təqdim edib. Ancaq həmin layihəni AMİP-in hüquqşünası Fuad Ağayev hazırlamışdı. İndi çıxıb yekə-yekə danışırlar. Axı siz kim idiniz? Gedib Surətə təslim olmuşdunuz. Elçibəyin komandası bütövlükdə təslim olmuşdu, indi onların yekə-yekə danışmağa haqları yoxdur. İndi durub kimi günahlandırırsınız?”
Elşad Musayev həmin vaxtı guya AMİP rəhbərliyinin yerli təşkilatlarına icra orqanlarını götürmək və cəbhənin hakimiyyətinə son vermək haqda göstərişinin olması iddialarını da cəfəngiyyat sayıb: "Həmin vaxt Etibar Məmmədov belə bir göstəriş verməyib. Belə bir fakt ancaq Göyçay rayonunda baş vermişdi. Bundan sonra Etibar Məmmədov göstəriş verdi ki, qətiyyən buna getmək olmaz. Bununla da məsələ bitdi”.
Elşad Musayev prezident Elçibəyin iyunun 17-də Bakını tərk edərək qəfil Kələkiyə getməsi haqda da sensasion xəbər açıqlayıb: "Mərhum Elçibəyin özü deyib ki, vaxtilə Rəsulzadə və Demokratik Respublikanın digər görkəmli nümayəndələri səhv edərək hakimiyyəti 1920-ci ildə kommunistlərə veriblər. O, hətta Pribaltikanı misal çəkərək bildirib ki, bu regiondakı respublikalar 1940-cı ilə qədər SSRİ və ya kommunistlərə müqavimət göstərib.
Elçibəyin özü belə deyib. Bəs niyə Elçibəy Kələkiyə getdi? Elçibəyin Bakını tərk etməsinin bir səbəbi də Müdafiə Nazirliyində keçirilən müşavirə olub. Müşavirədən sonra mərhum Elçibəy baxıb ki, siyasi komandası onu qoyub qaçıb, üstəlik nəzarətində hərbi hissələr də yoxdur. Elçibəy Bakını tərk etməzdən əvvəl sonuncu dəfə kimlə görüşüb? Kim parik geyinərək prezidentin qəbuluna gəlib və Kələki təklifini irəli sürüb? Bunu buyursun cəbhəçilər, müsavatçılar və yurdçular açıqlasın. Özləri desin ki, bu, nə məsələdir. AXC hakimiyyətində komanda bir neçə yerə bölünmüşdü. Müsavatçılar, bozqurdlar, yurdçular, cəbhəçilər ayrı idi. 4-5 yerə bölünən komanda hakimiyyət saxlaya bilərdi?”.
Elşad Musayev bildirib ki, bütün bu informasiyaları Türkiyədə olduğu zaman məşhur şəxslərdən biri ilə görüşü zamanı əldə edib.