Milli Məclisdə keçirilən səsvermədən sonra Məmmədov baş nazir kimi təsdiqlənib.
Azərbaycan prezidenti də Novruz Məmmədovun baş nazir təyin edilməsi barədə sərəncam imzalayıb.
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) qurucusu və lideri Etibar Məmmədov Novruz Məmmədovu baş nazir seçilməsi münasibətilə təbrik edib:
"Novruz Məmmədov Azərbaycan hökumətində ən təmiz məmurlardan biridir. Savadlı və milli düşüncəyə sahib olan şəxsdir. Təcrübəli diplomat və ziyalıdır. Onu təbrik edirəm, işində uğurlar arzulayıram”. /Ölkə./