Əli Orucov: "Bu, ciddi fəsadlar yaradacaq”
Əlməmməd Nuriyev: "Bu şəbəkəni yaxın zamanda sıradan çıxarmaq mümkün olmayacaq”
FETÖ terror təşkilatının lideri Fətullah Gülən Türkiyənin xarici siyasətində (xarici dövlətlərlə münasibətlərində) ciddi problemlər yaratmağa başlayıb. ABŞ-dan sonra Türkiyənin Qırğızıstanla münasibətlərində gərginlik yaşanır. ABŞ dövlət çevrilişində ittiham olunan Fətullah Güləni ekstradisiya etməkdən imtina etdiyi halda, Qırğızıstan FETÖ-nün önəmli adlarına siyasi sığınacaq verib. Belə ki, FETÖ-nün qaranlıq dünyasının açarı” adlandırılan Mustafa Özcan hazırda Qırğızıstandadır və bu ölkənin vətəndaşlığını alıb.
Gülənçilər Türkiyəni təcrid edə bilər?
"Gülən şəbəkəsi”nin dünyanın bir sıra dövlətlərində fəaliyyətinin olduğunu nəzərə alan analitiklər bildirirlər ki, bu Türkiyənin həmin ölkələrlə münasibətlərinə də mənfi təsir edəcək. Hələ iyulun 15-də Türkiyədə dövlət çevrilişi olanda Avropa İttifaqından (28 dövlət) və ABŞ-dan rəsmi Ankaraya qarşı kəskin ittihamlar səsləndirildi. Faktiki olaraq, Gülənin çevriliş planı Türkiyə - Qərb münasibətlərini qırılma həddinə çatdırdı. Paralel olaraq, Fətullah Gülənin 110-dan çox ölkənin siyasi, təhsil və iqtisadi sektorlarında şəbəkəsini yerləşdirib. Bu isə o deməkdir ki, Fətullah Gülən amili Türkiyənin dünya dövlətlərinin yarıdan çoxu ilə (təxminən 50%-i ilə) münasibətlərində ciddi problemlər yarada bilər. Düzdür, Azərbaycan hakimiyyəti AKP hökumətinin Gülənə olan münasibətinə adekvat cavab versə də, digər dövlətlər bu məsələyə o qədər də ciddi yanaşmırlar. Bu da o deməkdir ki, şəbəkə Türkiyənin dünyadan təcrid olunması planını işə salsa, bu həmin ölkə üçün ciddi fəsadlar yaradacaq.
"Gülən məsələsi Azərbaycanda ciddi fəsad yarada bilər”
AMİP Siyasi Şurasının üzvü Əli Orucov "Cümhuriyət”ə bildirib ki, Fətullah Gülən faktorunun Türkiyənin xarici siyasətində ciddi problem yaradacağı inandırıcı deyil. Lakin Ə.Orucov bir sıra dövlətlərlə Türkiyə arasında müəyyən problemlərin yarandığını da istisna etməyib: "Gülənlə bağlı Türkiyə və bir sıra dövlətlər arasında anlaşılmazlıqlar ortaya çıxıb. Qırğızıstan, Almaniya və ABŞ bura daxildir. Amma müəyyən mərhələdən sonra bu fikir ayrılıqları öz həllini tapacaq. Çünki Türkiyə kimi böyük dövlətə qarşı çıxmaq həmin ölkələrə müsbət vədlər vermir.
İndi Almaniya və ABŞ çalışır ki, Türkiyə ilə münasibətləri qaydasına salsın, böhranın daha dərin mərhələyə keçməsinin qarşısını almağa çalışırlar. Lakin təəssüflər olsun ki, bu məsələdə sui-istifadə halları da var. Bu da özünün ciddi fəsadlarını yaradacaq. Azərbaycanın özündə də bunun əlamətləri görünür”.
"Aşkara çıxmağa cəhd etmirlər”
Politoloq Əliməmməd Nuriyev "Cümhuriyət”ə deyib ki, Gülən məsələsi Türkiyənin xarici siyasətində problemlər yarada bilər. Şəbəkənin bir sıra dövlətlərdə özünün güclü strukturlarını yaratdığını bildirən Ə.Nuriyev qeyd edib ki, siyasi, iqtisadi, mədəni, təhsil və digər sektorlarda "Gülən şəbəkəsi”nin güclü dairələri var: "Türkiyənin xarici siyasətinə də təsir etməyə cəhd edəcəklər, edirlər. Təsadüf deyil ki, Fətullah Gülənin ekstradisiyası ilə bağlı ABŞ və Türkiyə arasında gərginlik yaşanır. Düzdür, ortada hüquqi prosedurlar da var. Amma məsələ dövlət çevrilişinə cəhddən gedirsə, həmin prosedurlar sürətləndirilməlidir. Co Baydenin Türkiyə səfərində səsləndirdiyi fikirlər də onu deməyə əsas verir ki, Gülən məsələsi uzun müddət ABŞ və Türkiyə arasında müzakirə mövzusu olaraq qalacaq. Qırğızıstanın da bu məsələdə mövqe ortaya qoyması onu göstərir ki, "Gülən şəbəkəsi”nin proseslərə ciddi təsirləri var. Amma hələ ki, digər ölkələrdə şəbəkə üzə çıxmayıb. Onlar bir qayda olaraq, aşkara çıxmağa cəhd etmirlər, bütün məsələlərə dolayı yolla müdaxilə edirlər. Bu, mürəkkəb struktura malik olan bir şəbəkədir. Bu da zaman-zaman Türkiyənin bir sıra dövlətlərlə siyasətinə təsirlərini göstərəcək”.
"Xarici siyasətə təsir imkanlarını qoruyurlar”
Əliməmməd Nuriyevin sözlərinə görə, bu şəbəkəni yaxın zamanda sıradan çıxarmaq mümkün olmayacaq: "Çünki bu şəbəkə həm intellektualdır, həm də maliyyə imkanları var. Siyasi proseslərdə də o qədər geniş imkanlar qazanıb ki, qısa zamanda bunu zərərsizləşdirmək çətindir. Gülənçilər indən sonra çalışacaqlar ki, mövqelərini daha da komufilyaj etsinlər.
Bununla yanaşı Türkiyənin xarici dövlətlərlə münasibətlərinə təsir göstərməyə cəhd edəcəklər. İndiki şəraitdə fəaliyyətlərini çox qabartmayacaqlar, çünki bu, şəbəkənin çökdürülməsini tezləşdirə bilər. Bunlar muxtar fəaliyyət göstərən qruplaşmalar olduqlarına görə, möhkəmləndikləri dövlətlərin siyasi strukturlarına da ciddi problemlər yarada bilərlər. Dövlətlər tədricən zərərsizləşdirməyə çalışacaqlar və bu da gülənçilərin daha da dərinə enmələrinə şərait yaradacaq. Amma gülənçilər Türkiyənin xarici siyasətinə təsir imkanlarını qoruyurlar”.