Sabah, 2 aprel Milli Azadlıq Hərəkatının Lideri, Azərbaycan Milli İstiqlal Partiyasının lideri, Beynəlxalq Demokrat İttifaqın sədr müavini, görkəmli ictimai-siyasi xadim Etibar Məmmədovun doğum günüdür. Çoxminli AMİP ailəsi olaraq bu münasibətlə Etibar bəyi təbrik edərək, onu hər zaman Millətin, Xalqın və Dövlətin ETİBARı olaraq qalmağını arzu edirik!
Etibar Məmmdov haqqında çox yazılıb, çox deyilib. Lakin hamının dillər əzəbəri olduğu böyük şair Bəxtiyar Vahabzadənin qələmə aldığı "Toxunmayın Etibara!” seri və görkəmli filosof Asif Atanın təbrik məktubu Etibar Məmmədov şəxsiyyətinin öz aydın və parlaq ifadəsini tapıb.
Əziz oğlum Etibar, salam!
Ad günün mübarək! Şükürlər olsun ki, bu gün bu millətin son ümid yeri-Etibarı var və hər birimizin sinəsində bir ürək, bir Etibar döyünür. Səni bu zülümlər görmüş millətə bəxşis edən Allah özü hifz eləsin. Amin!
Döz oğlum, döz! Başladığın müqəddəs işin axıra, mütləq aydınlığa çıxacaq. İnamına, müdirikliyinə, cəsarətinə, qətiyyətinə, bir də Haqqa arxalan!
İnam və Etiqad ana
Bakı, 2 aprel 1993-cü il.
Toxunmayın Etibara!
O, Babəkdir, Koroğludur
Hamus, qeyrət, ər oğludur
Eilimizin nər oğludur
El yolunda düşüb dara,
Toxunmayın Etibara!
Ey, cənablar əl saxlayın
Beyninizi varağlayın
Ciblərini az yoxlayın
Dərd əlindən geyib qara
Toxunmayın Etibara!
O, xalqımızın səsidir
Bir azadlıq nəfəsidir
Şəhidlərin haqq səsidir
Alim hara, zindan hara
Toxunmayın Etibara!
Qoyun sözün desin sizə
Bəllidir iç üzünüzə
Düşüb saxta izinizə
Hiylə ilə salıb tora
Toxunmayın Etibara!
Ay cəlladlar, ay qatillər
Ay uzanan qatil əllər
Xalqınıza zülm edirlər
Bəs deyilmi aldıq yara?!
Toxunmayın Etibara!
Murad çıxıb qarşınıza
Ağır
daşdır başınıza
Nəyi gəlmir xoşunuza?!
Balayanlar dura-dura
Toxunmayın Etibara!
İki ildir dözdük, yetər
Canımızdan bezdik, yetər
Ta qul kimi gəzdik yetər,
Bizdən qeybət qıra-qıra
Toxunmayın Etibara!