İlham Əliyevin prezidentliyə namizədliyi təsdiqləndi

 

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında İlham Əliyevin prezidentliyə namizədliyinin təsdiq olunması barədə məsələ müzakirəyə çıxarılıb.

Axar.az xəbər verir ki, bu barədə MSK katibi Arifə Muxtarova məlumat verib.

Qeyd edək ki, İlham Əliyevin prezidentliyə namizədliyi hakim Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülüb.

MSK İlham Əliyevin prezidentliyə namizədliyini təsdiqləyib.

Qeyd edək ki, prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikası növədənkənar prezidenti seçkiləri 2024-cü ilin fevralın 7-ə təyin olunub

Millət