Bu gün – 23 sentyabr 2018-ci il tarixində AMİP Qərargahında "Köklü islahatlarla dəyişikliklərə doğru” Platforması çərçivəsində yaradılmış işçi qrupun toplantısı keçirilib.
Partiyanın Mətbuat və İnformasiya Xidmətindən Ovqat.com-a verilən məlumata görə, toplantıda islahatlarla bağlı hazırlanmış layihə və partiyalardan daxil olan təkliflər müzakirə olunub.
Qərara alınıb ki, hazırlanmış yekun sənəd müzakirə üçün sədrlərə təqdim olunsun.
İşçi Qrupun toplantısında AMİP-dən Rəşad Bayramov, AXP-dən sədr müavini Qiyas Sadıqov, BAXCP-dən sədr müavini Niyamədddin Orduxanlı, BQP-dən Ali Məclisin sədri Əjdər Əliyev, Ag Partiyadan sədr müavini Əhəd Məmmədli iştirak ediblər.