Novruz bayramı öncəsi əfv sərəncamının imzalanacağı və bu sərəncam nəticəsində beynəlxalq təşkilatların siyasi məhbus kimi tanıdığı şəxslərin də azad ediləcəyi ilə bağlı fikirlər səslənməkdədir. Maraqlıdır, həbsdəki siyasilərin, jurnalistlərin azad edilməsi cəmiyyətdəki daxili gərginliyi zəiflədə, ona xoş ovqat bəxş edə bilərmi?
Moderator.az -a açıqlama verən AMİP lideri Etibar Məmmədov belə bir addımın hər kəs üçün arzuedilən olduğunu vurğulayıb:
"İstənilən halda əfv sərəncamının elan edilməsi müsbət bir addım olar. Əgər ortada bir günah varsa, bunun bağışlanılması da olmalıdır. Əgər şikayətçi yoxdursa, bu əfvi həyata keçirmək dövlətin üzərinə düşür. Həbsdə olanların azad edilməsi, onların yenidən öz ailələrinə qayıtması arzuediləndir.
Işin siyasi tərəfinə gəldikcə, hesab edirəm ki, ümumiyyətlə siyasi məhbus olmamalıdır. Əgər varsa da, tezliklə azad edilməlidirlər ki, cəmiyyətdəki gərginlik aradan qalxsın. Gərginliyin aradan qaldırılması ilə bağlı əsas məsuliyyət həmişə hakimiyyətin üzərinə düşür. Hakimiyyət çalışmalıdır ki, cəmiyyətdə gərginlik yaranmasın. Gərginliyi yaradan şərtlərin aradan qaldırılması üçün hakimiyyətin imkanları daha genişdir.
Mən ümumiyyətlə siyasi münasibətlərdə gərginliyin tərəfdarı deyiləm. Həmişə çalışmaq lazımdır ki, hər şey müəyyən edilmiş normalara uyğun olsun”.