Laçın koridoru ilə bağlı bəndinə dəyişiklik tələb etməlidir

Azərbaycan Milli İstiqlal Partiyası Fransa prezidentliyinə namizəd Valeri Pekresin qanunsuz olaraq Qarabağa səfər etməsini, separtçı rejimin nümayəndələri ilə görüşməsini Azərbaycanın ərazi bütövlüyünə və qanunlarına həqarət kimi qəbul edir. 
 
Azərbaycan rəsmilərndən bu hadisəylə bağlı susmamağı, təcili münasibət bildirməyi və Valeri Pekresin arzuolunmaz şəxs elan olunmasını tələb edir. AMİP hesab edir ki, eyni zamanda Laçın koridoruna nəzarəti öz üzərinə götürmüş Rusiya Fedarasiyasına da dərhal etiraz notası göndərilməli və “sülhməramlıların” Azərbaycan qanunlarına bu şəkildə yanaşması, vəzifə səlahiyyətlərini aşaraq əraziyə aidiyyatı olmayan şəxsləri buraxması ilə bağlı izahat tələb olunmalıdır. 
 
Mütəmadi olaraq təkrarlanan bu kimi hadisələrin qarşısının alınması üçün Azərbaycan yubanmadan Laçın ərazisində Ermənistan Azərbaycan sərhəddində özünün sərhəd buraxılış məntəqsini yaratmalı və qanunsuz  hərəkətlərin qarşısını dərhal almalıdır. Buna mane olunacağı halda 3 tərəfli sazişin Laçın koridoru ilə bağlı bəndinə dəyişiklik tələb etməlidir. Əks halda bu sazişin mövcudluğu sual altında qala bilər. AMİP bir daha ölkə rəsmilərindən Xüsusilə Xarici İşlər Nazirliyindən hadisələrə zamanında , geçikmədən münasibət bildirməsini tələb edir.