Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi teatr sənətinin
müxtəlif sahələrinə həsr edilmiş məqalələri dəyərləndirmək, təbliğ
etmək, gənc teatrşünasları, jurnalistləri bu mövzularda yazmağa
həvəsləndirmək məqsədilə 2014-cü ilin fevral-noyabr aylarında "525-ci
qəzet" və "Mədəniyyət" qəzetlərinin iştirakı ilə "Teatr sənəti
mövzusunda ilin ən yaxşı məqaləsi" mövzusunda müsabiqə keçirib.
Müsabiqədə yaşı 35-dək olan, peşəkar, gənc teatrşünaslar və teatr sahəsindən mütəmadi olaraq məqalələr yazan KİV nümayəndələri ən yaxşı resenziya, ən yaxşı nəzəri araşdırma, ən yaxşı portret yazı, ən yaxşı tənqidi məqalə və ən yaxşı müsahibə nominasiyaları üzrə məqalələr təqdim edib. Müsabiqənin şərtlərinə uyğun olaraq təqdim edilən məqalələr münsiflər heyəti üzvləri tərəfindən oxunub və müvafiq olaraq qiymətləndirilib.
Bu gün M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında müsabiqənin yekunu, qaliblərin mükafatlandırılması mərasimi keçirilib.