Aprelin 1-dən aprelin 2-nə keçən gecə cəbhə boyu
bütün mövqelərimizin və yaşayış məntəqələrimiz düşmən tərəfindən intensiv atəşə
tutulması və Milli ordumuzun düşmənə
layiqlı cavab verməsi nəticəsində 12 nəfər vətən oğlu şəhid olub.
Onların qəhrəmanlıq və şücaətlərinə ehtiram olaraq Nizami Kino Mərkəzi gün ərzində repertuarda olan bütün komediya və əyləncə janrında olan filmlərin nümayişini dayandırıb.
Nizami Kino Mərkəzi həlak olan əsgərlərimizə allahdan rəhmət diləyir
Başın sag olsun Vətən!