Pakistanın Baş naziri Şahbaz Şərif Ermənistanın Azərbaycana qarşı təxribatlarını qınayıb.

Pakistanın Baş naziri Şahbaz Şərif Ermənistanın Azərbaycana qarşı təxribatlarını qınayıb.

Musavat.com xəbər verir ki, Şahbaz Şərif bu barədə öz rəsmi tviter hesabında paylaşım edib.

“Əziz qardaşım İlham Əliyev, Ermənistanın əsassız hücumu nəticəsində 70-dən çox Azərbaycan hərbçisinin həlak olması xəbəri bizi kədərləndirdi. Pakistan xalqı öz qardaşları ilə həmrəydir və Azərbaycanın öz ərazi bütövlüyünü müdafiə etmək hüququnu dəstəkləyir”, - deyə Şərif öz paylaşımında qeyd edib.

 

Millət