Aprelin 11-nə təyin edilən növbədənkənar prezident seçkisi boykot edən, yaxud iştirakdan imtina qərarı verən siyasi qurumlar ətrafında gedən müzakirələr səngimək bilmir. Onların verdikləri qərarlarla bağlı irəli sürdükləri arqumentləri qəbul edənlər də, bunu sərt şəkildə qınayanlar da var.
Boykot və ya iştirakdan imtina edənlərin əsas bəraət xarakterli arqumenti seçkilərin qəfildən iki ay sonraya təyin edilməsi yönündədir. Həmin siyasi partiyalar seçkiyə hazırlıq imkanlarının olmadığını, qəfil yaxalandıqlarını bildirirlər. Çoxları da bildirir ki, əgər seçki oktyabrda olsaydı iştirak edərdilər. Bütün bunlar bir sıra suallar doğurur. Əsas sual isə doğrudan da seçki oktyabrda olardısa, seçkidə iştirak etməyənlər iştirakçı olardımı yönündədir.
Tural Abbaslı: "Prezident seçkiləri vaxtında keçirilsəydi, bugünkü boykotçuların tərkibində çox cüzi fərq olacaqdı”
Prezidentliyə iddiasını sürən AĞ Partiya başqanı Tural Abbaslı hesab edir ki, bu qərarı verənlər oktyabrda belə eyni qərarı verəcəkdilər: "Mən onu deyə bilərəm ki, biz AĞ Partiya olaraq prezident seçkisi oktyabr ayında da keçirilsəydi, öz namizədimizlə iştirak edəcəkdik. Yəni bu seçki bizim partiya üçün digər partiyalardan daha önəmli idi. Çünki bu bizim AĞ Partiya olaraq qatılacağımız ilk seçki olacaqdı. Biz də təbii ki, öz növbəmizdə yaranmış təbliğat və təşviqat fürsətini qaçırmaq niyyətində deyildik. Digər partiya və onların oktyabrda olardısa alacaqları qərarlar barədə dəqiq nəsə demək də doğru olmazdı. Ancaq bəzi ehtimallar etmək mümkündür. Düşünürəm ki, əgər seçki zamanında belə keçirilsəydi, bu gün boykot edən, özlərini əsas qüvvə hesab edənlər yenə də boykot edəcəkdilər. Və artıq bunun siqnallarını cəmiyyətə də ötürməyə başlamışdılar. Analizlərim göstərir ki, prezident seçkisi nəzərdə tutulan vaxtda belə keçirilsəydi, bugünkü boykotçuların tərkibində çox cüzi fərq olacaqdı”.
Natiq Cəfərli: "Biz yarandığımız gündən bu günə qədər seçki proseslərində iştirakın tərəfdarı olmuşuq”
Natiq Cəfərli ile ilgili görsel sonucu
Seçkidən imtina edən siyasi qurumlardan REAL hərəkatının icraçı katibi Natiq Cəfərli bunları dedi: "Siyasi anlamda REAL-ın atdığı addım boykot deyil. Biz ilkin bəyanatımızda səsləndirdik ki, REAL-ın əsas namizədi İlqar Məmmədovdur, başqa namizədlə seçkiyə getmək fikrimiz yoxdur. İlqar bəy də həbsdədir. Bundan öncə namizəd olub və 43 minə yaxın imza toplamağımıza baxmayaraq, qeydiyyata alınmayıb. Bəyanatımızda qeyd etdik ki, İlqar Məmmədovun iştirak etmədiyi seçkilərdə REAL hərəkatı iştirak etməyəcək. Avropa İnsan Hüquqları Məhkəməsinin İlqar Məmmədovla bağlı iki qərarı var. Əgər o, azadlıqda olsaydı, iştirak etmək üçün hüquqları bərpa olunsaydı, yəni Avropa Məhkəməsinin qərarına əsasən, məhkumluğu üzərindən götürülsəydi, biz seçkilərdə iştirak edəcəkdik. Biz yarandığımız gündən bu günə qədər seçki proseslərində iştirakın tərəfdarı olmuşuq. Çünki bu müəyyən fürsətlər pəncərəsi açır, vətəndaşlarla hər hansı bir formada ünsiyyət qurmaq üçün imkanlar bir qədər genişlənir. İndiki vəziyyətdə İlqarın seçkilərdə iştirakı mümkünsüz olduğundan REAL bu seçkilərdə iştirak etməyi mənasız saydı. İlqar azadlıqda olsaydı, seçkilər oktyabrda keçirilsəydi, iştirak edəcəkdik. Əgər bu gün də İlqarın imkanı olsaydı, biz yenə də iştirak edəcəkdik. Hakimiyyətin əsas rəqiblərindən birinin, yəni İlqar Məmmədovun seçkidə iştirak edə bilməməsi REAL-ı belə bir addım atmağa məcbur etdi. Digər siyasi partiyaların hansı bəhanələr, yaxud arqumentlər gətirdiyini onların özlərindən dəqiqləşdirmək daha yaxşı olardı. Amma siyasətin yazılmamış qızıl bir qanunu var. Bir seçki bitən kimi, digər seçkilərə hazırlaşmaq lazımdır. Yəni 2013-cü ilin seçkiləri bitdikdən sonra artıq siyasi təşkilatlar bu ilin seçkilərinə hazırlaşmalı idilər. Ona görə zamanın dəyişməsi ilə hazırlıqsız yaxalanmağın söylənilməsi siyasi təşkilatların özlərinə belə heç də xoş olmayan təəssürat yaradır. Maliyyə resursları azdır, təbliğat kampaniyası zamanı olduqca məhduddur, bu kimi digər problemlər də az deyil. Belə arqumentləri anlamaq olar. Amma zamanla bağlı dediyim kimi, siyasi partiyaların əsas işi seçkilərə hər zaman hazır olmaqdır”.
Əli Orucov: "Seçkidə iştirak etməmək üçün bu cür bəhanələr gətirmək doğru deyil”
Seçkilərdə iştirakdan imtina edən AMİP-in katibi Əli Orucov deyilənlərə bu cür münasibət sərgilədi: "Boykot taktikası Azərbaycanda uğurlu deyil və bu təcrübə səmərə verməyib. Partiyaların vəzifələrindən biri də məhz seçkilərdə iştirak etməsidir. 11 aprelə təyin olunan prezident seçkilərində aparıcı müxalifət partiyalarının iştirakdan imtinası təəssüf doğurur. Reallığı qiymətləndirərək həmin düşərgə belə qərar verməyə məcbur olub. AMİP-in Siyasi Şurası qeyri-bərabər rəqabət mühiti, maliyyə resurslarının məhdudluğu əsas tutularaq prezident marafonuna qatılmağı məqsədəuyğun saymadı. Lakin seçkilərin oktyabrda keçiriləcəyi təqdirdə bütün problemlərin həll ediləcəyini, yaxud da hazırlıq işlərini yekunlaşdıracaqlarını söyləyənlərə inanmaq istəməzdim. Partiyalar həmişə hər ana hazır olmalıdırlar. Xüsusən də seçkilər davamlı proses olduğundan fasilələrin olması gördüyümüz pat vəziyyəti yaradır. Mən düşünmürən ki, ölkədə altı ay sonra tam demokratik mühit yaradılacaq, siyasi fəallıq spontan verəcək. Seçkilərdə iştirak etməmək, üçün bu cür bəhanələr gətirmək əlbəttə, doğru yanaşma deyil. Azərbaycan müxalifəti bilirdi ki, 2018-ci il seçki ilidir və beş il ərzində çox işlər görmək olardı və hazırlıqları tamamlamaq da mümkün idi. Təəssüflər olsun ki, bu illər havayı getdi və imkanlardan yararlanılmadı”.