Qanunsuz erməni hərbi birləşmələri ərazilərimizdən çıxarılmalıdır

 "Ermənistan növbəti dəfə təxribata əl atdı. Rəsmi İrəvan havadarlarının dəstəyi və təhriki ilə bölgədə gərginliyi artırmaq, münaqişənin yenidən alovlandırılması istiqamətində fəaliyyətini davam etdirir. Azərbaycan bu təxribata qarşı daha sərt cavab verməlidir".

"OLAYLAR" xəbər verir ki, bu fikirləri AMİP-in Siyasi Şurasının üzvü, partiya liderinin köməkçisi  Əli Oruclu səsləndirib. Partiya rəsmisi hesab edir ki, bunun davamı olaraq Azərbaycanın Rusiya sülhməramlılarının nəzarət zonasında olan qanunsuz erməni hərbi birləşmələrini ya çıxarılmasına,  ya da zərərsizləşdirilməsinə nail olmalıdır: "Ermənistanın növbəti təhriki və təxribatı həm də sülh sazişinin hazırlanmasından və imzalanmasından yayınmaqdır. İndiki kövrək və həssas bir məqamda Azərbaycana qarşı yönəlmiş çirkin planları alt-üst etmək üçün prezidentə dəstək verilməli, Milli Ordumuzla həmişəki kimi bir olmalıyıq".