Elşən Mustafayev: "Bu etirazları təşkil edən görünməyən güclərin kim olduğunu deyə bilmərəm, amma Sarkisyan hakimiyyətinin də bunda öz marağı var"
"Bu bir qədər davamlı olduğu təqdirdə, yəni bəlli bir çərçivədən çıxacağı halda, Rusiya onlara tərs üzünü göstərəcək"
Cəbhədə aldığı ağır zərbələrdən sonra isterik vəziyyətə düşən Ermənistan hakimiyyəti və eləcə də cəmiyyəti baş verənlərin günahını başqalarında axtarmağa başlayıb. Başqa sözlə, Azərbaycan ərazilərini işğal etdiyini "unudan" ermənilər cəbhədə aldığı son zərbələrə görə Rusiyanı ittiham etməyə başlayıb.
Onlar açıq bəyan edir ki, Rusiyanın Ermənistana münasibətindən narazıdırlar. Ermənilər Rusiya əleyhinə etiraz aksiyası keçirib. Etiraz aksiyası İrəvanın Azadlıq meydanında başlayıb və Rusiyanın Ermənistandakı səfirliyi qarşısında başa çatıb. Aksiya iştirakçıları Rusiyanın Qarabağ cəbhəsindəki son hərbi toqquşmalarda tutduğu mövqeyə və Moskvanın Bakıya silah satışını davam etdirməsinə etiraz edib. Aksiya Rusiya səfirliyinin binası qarşısında bəyanat səsləndirildikdən sonra başa çatıb.
Etiraz aksiyasının iştirakçıları adından Rusiyaya qarşı növbəti tələblər irəli sürülüb. Ermənilər Rusiyadan bunları tələb edib: 1. "De-yure" siyasi müttəfiqinin öz vəzifələrini icra etməsi, gələcək qərarlarında Ermənistanın milli maraqlarına və təhlükəsizliyinə hörmət etmək. 2. Azərbaycana silah satışını dərhal dayandırmaq.
Amma aydındır ki, bu tələblər əsassızdır və Rusiya baş nazirinin müavini Dmitri Roqozin də Ermənistanın tələblərinə cavab olaraq Moskvanın strateji tərəfdaşı kimi Azərbaycana silah satmaqda davam edəcəyini bildirib. Ermənilərin narazılığına səbəb olan daha bir amil Avrasiya İqtisadi İttifaqına üzv ölkələrin hökumət başçılarının İrəvanda görüşünün baş tutmamasıdır.
Ermənistanda məhz bu məqamda Rusiya əleyhinə mitinqlərin başlaması nə ilə bağlıdır?
Azərbaycan Milli İstiqlal Partiyasının katibi Elşən Mustafayev "Bakı-Xəbər"ə açıqlamasında bildirdi ki, deyəcəyi fikirlər aramızada olan düşmənçiliyə görə erməni xalqına verdiyi qiymət kimi qəbul edilməsin: "Erməni xalqı bütün tarix boyu heç kimi özünə dost bilməyib. Ona ən çox yaxşılıq edən birisini xırda bir narazılıq və ya maraq üstə sata, arxadan vura, onlara qarşı digərləri ilə danışığa da gedə bilər. Çox uzağa getmədən Osmanlı tarixinə baxmaq kifayətdir ki, bunları görəsən. Rusiyadan isə daim istifadə olunub. Təsəvvür edin, bu günün özündə keçmişini, bugünkü varlığını belə borclu olduğu Rusiyanı özünə bərabərhüquqlu dölət kimi tanıtdırmaq istəyir, kiçik qardaş anlayışını qəti şəkildə rədd edir. Hətta bəzi məsələlərdə özünü ondan da üstün tutmağa çalışır. Budur onların xisləti. Ermənistanda Rusiya əleyhinə baş tutan mitinqə gəlincə, burada bir neçə səbəblər üzərində durmaq istərdim. Əvvəla erməni xalqının əksəriyyətində son hadisələrdən dolayı Rusiyaya qarşı nifrət var. Bunu da daxildə düşünülmüş şəkildə formalaşdırıblar. Bu etirazları təşkil edən görünməyən güclərin kim olduğunu deyə bilmərəm, amma Sarkisyan hakimiyyətinin də bunda öz marağı var. Bununla o, xalqı inandırmaq istəyir ki, son hadisələrdə olan uğursuzluqların günahkarı o yox, Azərbaycanı modern silahlarla silahlandıran Rusiyadır. Digər tərəfdən, Rusiyaya mesaj verir ki, Azərbaycana qarşı mövqeyində dəyişiklik etməsə, erməni xalqı ruslara inamını tamamilə itirər və üzünü Qərbə çevirər. Hətta qatı ruspərəst Sarkisyan hakimiyyəti belə bunun qarşısını ala bilməz. Həmçinin bilirsiniz ki, Sarkisyanın 2-ci dönəm prezidenlik müddəti bitmək üzrədir. Növbəti seçkilərə həm Qarabağ klanı, həm də onlara qarşı olanlar ciddi hazırlaşır. Proseslərdə bu maraqları da istisna etmək olmaz.
Eyni zamanda, bu bir qədər davamlı olduğu təqdirdə, yəni bəlli bir çərçivədən çıxacağı halda, Rusiya onlara tərs üzünü göstərəcək, bununla da xislətlərinə uyğun olaraq yumşalacaqlar".
Məhəmmədəli QƏRİBLİ