"Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli Fərmanına əsasən 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə verilməsi nəzərdə tutulmuşdur.
Bununla əlaqədar aidiyyatı dövlət qurumlarına birdəfəlik ödənişlərin veriləcəyi şəhid hərbi qulluqçuların vərəsələrinin siyahılarının hazırlanması və müvafiq ödənişlərin verilməsi tapşırılmışdır. Lakin, təəssüflər olsun ki, belə həssas məsələdə də bəzi dövlət qurumları və məmurlar tərəfindən şəhid ailələrinə biganə yanaşıldığının və süni olaraq bürokratik əngəllər yaradılmasının şahidi oluruq. Belə ki, bir çox şəhid ailələrinə birdəfəlik ödənişlərin verilməsindən imtina edilmiş və səbəblərdən biri kimi həmin ailələrin 90-cı illərdə o dövrün pulu ilə 50 min manat məbləğində ödəniş aldıqları göstərilmişdir. Halbuki, o vaxtkı məzənnə ilə bu çox cüzi məbləğ edirdi və heç bir halda 19 aprel Fərmanında nəzərdə tutulmuş 11 min manatlıq birdəfəlik ödənişdən imtinaya əsas ola bilməz. Heç bir halda şəhid ailələri arasında ayrıseçkiliyə rəvac verilməməlidir.
Milli İstiqlal Partiyası bəyan edir ki, bəzi dövlət qurumlarının belə həssas məsələyə yarıtmaz yanaşması bir çox şəhid ailələrinin haqlı narazılığına səbəb olmaqla yanaşı cəmiyyətdə əlavə gərginlik yaradılmasına xidmət edir. AMİP Azərbaycan Hökumətindən bu məsələni təcili olaraq öz nəzarətinə götürməyi və obyektiv həlli istiqamətində ciddi təxirəsalınmaz tədbirlər görülməsini tələb edir.
Torpaqlarımızın qorunması, vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək ən ali məqama yüksəlmiş şəhidlərimizin ruhuna hörmət və ehtiram hər birimizin ümdə vəzifəsi və borcudur.