22 ildən sonra cəbhədə vəziyyət gərginləşdi, aprelin 2-nə keçən gecədən başlayaraq 4 günlük müharibə getdi. Hərbi əməliyyatlar nəticəsində Azərbaycan xeyli şəhid verdi, çox sayda insan yaralandı. Düşmənin itkiləri isə qat-qat çox oldu. Azərbaycan üçün strateji əhəmiyyət kəsb edən Lələ təpə, Talış və Seysulan kəndləri ətrafındakı yüksəkliklər ermənilərdən təmizləndi.
Cəbhədəki əməliyyatlar Azərbaycan xalqında yenidən böyük ruh yüksəkliyi yaratdı.
"İstiqlalçı deputatlar” adı ilə sabiq millət vəkilləri cəbhədəki son hadisələrlə bağlı fikirlərini Modern.az saytı ilə bölüşüblər.
AMİP lideri Etibar Məmmədov hesab edir ki, cəbhədəki hərbi əməliyyatlar ordumuza düşmənə gücünü göstərməyə imkan yaratdı:
"Silahlı Qüvvələrimizin həyata keçirdiyi əməliyyatları çox yüksək qiymətləndirirəm. Çoxdandır bütün xalqımızın gözlədiyi an artıq gəlib çatdı. Ordumuz öz gücünü düşmən üzərində tətbiq etmək üçün imkan tapdı. Silahı Qüvvələrimiz gücünü göstərdi, yaxşı nəticələr əldə olundu. Hərbçilərimiz torpaqları azad etməyə hazır olduğunu əyani sübut etdi. Məncə hərbi əməliyyatlar davam etsəydi, daha da effetkli olardı. Amma atəşkəslə bağlı qərar artıq qəbul olunub. Azərbaycanın hərbi üstünlüyü bundan sonrakı danışıqlarda öz sözünü deməyə imkan verəcək”
VHP sədri Sabir Rüstəmxanlının sözlərinə görə, ordumuz bəzi mövqelərdə üstünlük əldə etdiyinə görə, diplomatik gücümüz daha da artracaq:
"Azərbaycan Ordusu güc göstərdi, xalq istənilən anda dövlətin yanında olduğunu, işğal altındakı torpaqlarımızı azad edə biləcəyini sübut etdi.
Mənsub olduğumuz xalq həmrəyliyini, gənclərimizin vətəni qorumağa, səfərbərliyə hazır olduğunu göstərdi. Cənhədə əldə edilən üstünlük Azərbaycana diplomatiyada daha sərbəst işləməyə imkan verəcək”.
Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbərə görə, cəbhədəki əməliyyatlar ordumuza hərbi-texniki gücünü göstərməklə yanaşı, xalqda da ruh yüksəkliyi yaratdı:
"Bu məsələyə mənim "istiqlalçı deputat” kimi siyasi baxışım cəmiyyətdə formalaşmış fikirlərdən bir qədər fərqlidir. Bu əməliyyatların arxasında Rusiyanın hər zamanki məkrli siyasəti durur. Məqsəd Ermənistanı Azərbaycan vasitəsilə cəzalandırıb sındırmaq, Azərbaycanı isə bir neçə rayonun qaytarılması ilə şirnikləşdirməkdir.
Əsas istəkləri isə "Lavrov planını” həyata keçirmək, "sülhməramlılar” adı altında təmas xəttinə Rusiya silahlı qüvvələrini yerləşdirməkdir. Bununla da uzun müddətə - Rusiyanın istədiyi zamana qədər Qarabağı da itirəcəyik və suverenliyimiz də təhlükə altına düşəcək. İndiki yaranmış vəziyyətdə Azərbaycan Silahlı Qüvvələri hücuma meyilli müdafiə sistemi qurmalıdır.
Ön xətti maksimum gücləndirməlidir. Amma dərin əməliyyatlara getməməlidir. Biz Rusiyanın təxribatlarına uymamalıyıq. Azərbaycan Silahlı Qüvvələrinin döyüş qabiliyyəti baxımından erməni ordusundan üstünlüyünü sonuncu əməliyyatlarda bir daha sübut etdi. Mən bunu çox yüksək qiymətləndirirəm.
Ordumuz öz gücünü sözün əsl mənasında göstərdi. Silah-sursat, hərbi-texniki üstünlük, döyüş ruhu və cəmiyyətdə yüksək əhval-ruhiyyə yaratmaq baxımından ordu sözünü dedi. Həmçinin danışıqlar prosesində üstünlük əldə olunması cəhətdən bu hərbi əməliyyatlar çox əhəmiyyətli oldu”.