Ümidlər var ki, 2017-ci ildə Nazirlər Kabinetinin tərkibi dəyişəcək. Müzakirələrə və istəklərə, o cümlədən, səsləndirilən fikirlərə insansaq, il ərzində Baş nazir Artur Rəsizadədən tutmuş ən sonuncu dövlət komitəsinin rəhbərinədək ciddi dəyişikliklər olacaq. Gələn məlumatlara görə, hakimiyyət daxilində uzun müddətdir müzakirə olunan bu məsələ 2017-ci il üçün nəzərdə tutulan planlar içindədir.
Hesab olunur ki, mövcud kabinet işlək və davam edən sosial-iqtisadi böhrandan ölkəni çıxaracaq qədər texnokrat deyil. Artıq bu, o müzakirələrə yol açıb ki, mövcud Nazirlər Kabinetinin ölkəni sosial problemlərə apara biləcək, proseslərə səthi münasibəti, yaxud münasibətsizliyi təhlükə mənbəyidir. Deputat Əli Məsimli də son müsahibəsində bu məsələyə toxunub və deyib ki, hökumətin belə fəaliyyəti dövlətçiliyimizə təhlükədir. Söhbət Nazirlər Kabinetinin dəyişdiriləcəyindən, ya da mövcud komandanı saxlamaqla, işlək vəziyyətə gətiriləcəyindən gedir. Müzakirələrə qoşulan bir sıra ekspertlər də kabinetin fəaliyyətində ciddi dəyişiklərin olacağını istisna etmirlər.
AMİP siyasi şurasının üzvü Əli Orucov "Cümhuriyət”ə kabinetin bu tərkibdə nəsə əldə edəcəyini, hansısa müsbət addımlar atacağını düşünmədiyini bildirib. Ə.Orucov mövcud kabinetin bacarıqsız olduğunu da diqqətə çatdırıb: "Bu komandanın müsbət iş əmsalı yoxdur. Kabinetdə oturanların əksəriyyəti qocadır, günlərini sayırlar. Yəni, belə bir sistemin irəlini fikirləşməsi mümkün deyil. Kabinetə yeni kadrlar cəlb etməkdən əlavə, yanaşma dəyişməlidir. Məsələn, təhsil naziri postuna gənc kadr təyin olundu, nazirliyin tərkibi dəyişdirildi. Amma nəticəsi olmadı, çünki yanaşma dəyişmədi. Əksinə, vəziyyət əvvəlkindən də pis günə düşdü. Təsəvvür edin ki, ölkədə 80 mindən çox uşaq təhsildən kənarda qalıb. Lənkəranda 200-dən çox müəllim öz ixtisasından verdiyi testdən keçə bilmədi. Bu o deməkdir ki, sistemin özü dəyişməlidir. Siyasi sistemin özündə ciddi qüsurlar var. Bu olmasa, hansısa struktur islahatlarına gedilməyəcək, bu yöndə addımlar atılmayacaq”.