Elşən Mustafayev: "Bütün bunlar Sarkisyanın sülhə deyil, müharibəyə, işğala meylli olmasından xəbər verir"
"Yaxşı olardı ki, həmsədr bir az da Sarkisyan və Ermənistanın yürütdüyü işğalçı siyasətdən bəhs edəydi"
ATƏT-in Minsk Qrupunun həmsədrləri yaxın günlərdə regiona səfər edəcək. Bu barədə amerikalı həmsədr Ceyms Uorlik Ermənistan saytlarına açıqlamasında deyib.
C.Uorlik ötən həftə Vaşinqtonda Ermənistan prezidenti Serj Sarkisyanla Dağlıq Qarabağ münaqişəsinin həll yollarını müzakirə etdiklərini qeyd edib.
O, hər zaman Prezident İlham Əliyev və Serj Sarkisyanla danışıqlar imkanından istifadə etdiklərini bildirib:
"Azərbaycan və Ermənistan liderləri danışıqları intensivləşdirməkdə maraqlıdırlar. Həm Sarkisyan, həm də Əliyev bunu çox istəyir. Prezidentlərin görüşünün vaxtı hələlik müəyyənləşməyib. Bu görüşün vaxtını müəyyən etmək üçün yaxın günlərdə regiona səfər etməyi planlaşdırırıq. Biz münaqişənin dinc yolla həlli üçün çalışırıq. Hesab edirəm ki, hər iki ölkənin lideri də bunu istəyir. Uzun illərdir davam edən bu münaqişə insanlara çox əziyyət verib. Bunun sonunun gəlməsini istəyirik".
Biz həmsədrlərin burda bir cür, Ermənistanda isə tam fərqli danışdıqlarının şahidi olmuşuq. İndi də ABŞ-lı həmsədr Sarkisyanın adından yalan danışır. O, sanki dünyaya bəyan etmək istəyir ki, danışıqların intensivləşməsində və konkret nəticənin əldə edilməsində Sarkisyan hamıdan çox maraqlıdır. Bizim buna inanmamaq üçün kifayət qədər ciddi əsasımız var. Ermənistan prezidenti necə sülhün əldə olunmasında maraqlı ola bilər ki, o, açıq mətnlə öz ölkəsinin gənclərini yeni işğala çağırır? O qədər də uzaq olmayan keçmişdə Sarkisyan gənclərlə görüşəndə belə bir fikir işlətdi: "Biz Qarabağı aldıq, Naxçıvanı almaq isə sizin nəslin üzərinə düşür". Sarkisyanın sülhün yaranmasında maraqlı olmamasına dair oxşar misalları çox çəkmək olar.
Azərbaycan Milli İstiqlal Partiyasının beynəlxalq məsələlər üzrə katibi Elşən Mustafayev qəzetimizə açıqlamasında bildirdi ki, Uorlik Sarkisyanı böyük sülhpərvər kimi təqdim etmək istəyir: "Danışıqların intensivliyindən daha çox real nəticənin əldə edilməsində maraqlı olmalıdırlar. Söhbət həmsədrlərdən gedir. Onlar Sarkisyanın hansı mövqedə olmasını hamıdan gözəl bilir. Çünki onun cəlb olunduğu danışıqlarda heç bir nəticə əldə edilmir. Kimin ucbatından? Təbiidir ki, Sarkisyanın qeyri-konstruktivliyi səbəbindən. Fransada baş tutan görüşdən sonra Sarkisyan Azərbaycanın işğal altında olan ərazilərində böyük hərbi təlimlərin keçirilməsinə əmr verdi.
Təmas xəttində Ermənistana məxsus hərbi helikopterlər döyüş nöqtələrimizə həmlə etmək istədi. Bütün bunlar Sarkisyanın sülhə deyil, müharibəyə, işğala meylli olmasından xəbər verir. Bu səbəbdən də Uorlikin Sarkisyanla İlham Əliyevin adını yanaşı çəkməsi doğru deyil. Yaxşı olardı ki, həmsədr bir az da Sarkisyan və Ermənistanın yürütdüyü işğalçı siyasətdən bəhs edəydi"./Bakı Xəbər/