Arzuxan Əlizadə: "Bu cür laqeydlik qurumun münaqişənin həllində səmimi olmamasından irəli gəlir"
img
"Həmsədrlərin belə qeyri-adekvat mövqeyi tənqid olunmalı və buna görə onlara rəsmən etiraz edilməlidir"
Dağlıq Qarabağ münaqişəsi üzrə ATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistanı ötən ilin dekabrında Ermənistan-Azərbaycan sərhədində insident zamanı həlak olmuş azərbaycanlı hərbçinin meyitini dərhal vətəninə qaytarmağa çağırıb.
Bu, Rusiya, Fransa və Amerika Birləşmiş Ştatları həmsədrlərinin bəyanatında öz əksini tapıb. İqor Popov, Stefan Viskonti və Riçard Hoqlandın birgə bəyanatında deyilir: "Həmsədrlər 2010-cu ildə Həştərxan görüşündə əldə olunan razılaşmaya uyğun olaraq, həlak olan hərbçinin qalıqlarını vətəninə qaytarmağa çağırır. Biz tərəfləri qarşılıqlı ittihamlara son qoymağa və yerlərdə vəziyyətin sabitləşdirilməsi üçün bütün zəruri tədbirləri görməyə çağırırıq. Atəşkəsin pozulması qəbuledilməzdir və tərəflərin gücdən istifadə etməmək barədə tam məsuliyyət daşıdıqları öhdəliklərə ziddir. Həmsədrlər Ermənistan və Azərbaycanı Vyana və Sankt-Peterburq görüşlərində əldə edilmiş razılaşmalara ciddi riayət etməyə çağırır".
Qeyd edək ki, dekabrın 29-da, səhər saatlarında Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupu Azərbaycan-Ermənistan dövlət sərhədini pozmağa cəhd göstərərkən bölmələrimizin pusqusuna düşüb. Hadisə nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Qurbanov Çingiz Salman oğlu itkin düşüb. Daha sonra meyitinin qarşı tərəfin əlində olması məlum olub və bunu Ermənistanın rəsmi orqanları da təsdiqləyib. Ancaq 15 günə yaxındır qarşı tərəf heç bir beynəlxalq konvensiyanı saymayaraq, cəsədi təhvil vermir. İşin qəribə tərəfi həm də ondan ibarətdir ki, münaqişənin tənzimlənməsini öz üzərinə götürən ATƏT-in Minsk Qrupu buna adekvat reaksiya vermir. Halbuki, qurum borclu idi ki, yaranmış vəziyyətlə bağlı dərhal Ermənistana çağırış etsin.
Sözügedən məsələ ilə bağlı fikirlərini "Bakı-Xəbər"lə bölüşən AMİP-in baş katibi Arzuxan Əlizadənin sözlərinə görə, bu cür laqeydlik qurumun münaqişənin həllində səmimi olmamasından irəli gəlir: "ATƏT-in Minsk Qrupunun ötən 25 ildə səmərəsiz fəaliyyəti göz qabağındadır. Vəziyyət o yerə gəlib çatıb ki, artıq neçə ildir həmsədrlərin adı gələndə cəmiyyətdə ikrah hissi yaranır. Yəni qurum praktiki olaraq münaqişənin həlli ilə bağlı heç bir səy göstərmir. Sadəcə, vaxtaşırı regiona səfər edərək görüntü yaradırlar. Onların yeganə istəyi mövcud status-kvonun vaxtını uzatmaqdır. Belə olmasaydı, onlar işğalçı dövlət qarşısında konkret tələblər qoyardı. Azərbaycanın ziyanına işləyən məqamlardan biri də ondan ibarətdir ki, hər üç həmsədrin münaqişənin dondurulması ilə bağlı maraqları üst-üstə düşür. Bir sıra geosiyasi məsələlərdə Rusiya ilə Qərbin mövqelərinin haçalanmasına, tərəflər arasında müəyyən məsələlərlə bağlı ciddi fikir ayrılıqlarına baxmayaraq, Dağlıq Qarabağ məsələsində mövqelər uzlaşır. Bu da yaxşı bir şey vəd etmir. Təəssüf ki, mövcud reallıq bundan ibarətdir. Hesab edirəm ki, həmsədrlərin belə qeyri-adekvat mövqeyi tənqid olunmalı və buna görə onlara rəsmən etiraz edilməlidir".
Vidadi ORDAHALLI