Etibar bəy o dönəmlərin şəksiz və şəriksiz ən çox sevilən siyasi xadim idi

-O zaman sizin nə marağınız vardı ki, Əbülfəz bəyi şantaj eliyib Surətin Milli Qəhrəman fərmanını imzalatdırırdınız ?

– (ürəkdən gülür) A kişi bilirsən, bu artıq o deməkdi ki, bunlar özlərini o qədər itiriblər ki, öz paxırlarını açdıqlarının belə fərqinə vara bilmirlər. Əslində bu kimi açıqlamalar bunların gerçək iç üzünü göstərir. Əvvəla, mən prezidenti necə və nə ilə şantaj eləmişəm? Təsəvvür edin ki, indi aradan illər keçib Azərbaycanın yaxşı-pis ordusu və onlarla generalları var. Bu generalların səviyyəsi hara qədərdi, onu bir qırağa qoyun, ancaq həmin dövrdə bizim şair-yazıçılarımız, oxuyan-çalan-oynayan artistlərimiz nə qədər istəsən var idi. Lakin hərbiçi məsələsində, xüsusilə də hazırlıqlı, təcrübəli zabitlər baxımından son dərəcə qıtlıq idi. Həmin dövrdə mən, dünənə kimi inşaat batalyonlarında ev tikən, "kaptyorkada” "xleborezkada”, "kuxnada” guya hərbi xidmət keçmiş əhmədlərin, məmmədlərin, vəlilərin qısa müddətdə necə ləyaqətli, qeyrətli və cəsarətli hərbiçiyə cevrildiklərini millətə göstərmək istəyirdim. O paradın necə keçirilməsindən, hansı hazırlıqların görülməsindən və necə əziyyətlərin çəkilməsindən bunların heç xəbərləri də yox idi. Mən özüm gəlib bəylə danışdım. Dedi ki, axı vaxt azdı çatdıra bilmərik. Dedim ki, bəy, ölsəm də çatdıracam və bu bizə hava-su kimi lazımdır. Təsəvvür edin ki, o zaman mən bu işə elə həvəslə, elə maraqla qoşulmuşdum ki, gəlib desəydilər paradı saxla, dədən Həsən kişi dirilib gələcək, deyərdim ki, yox, dədəm daha ölüb, Allah ona rəhmət eləsin, amma bu parad olmalıdı və millət öz oğullarının necə hərbiçi olduğunu görüb rahatlamalıdı. Indi bir düşünün, bir insan nə qədər şərəfsiz olmalıdı ki, Əbülfəz bəyi şantaj edib, paradı saxlamaq istəyirdi desin. Vallah, mən getdikcə bunların şərəfi bir yana, ağıllarına da şübhə eləyirəm, çünki bunu deyən adam, prezident aparatının, yaxud da Nazirlər kabinetinin sıradan bir işçisi olmayıb. Əvvəl dövlət katibi, sonradan da baş nazir olmuş bir adam belə sözlər danışırsa, vallah bunların nə onda ağıllıarı olub, nə də bu qədər illərdən sonra ağıllanıblar. Yaxşı, bunların Elçibəy - pənah hüseynonsuz da Rəhimdən xoşları gəlmir, illəridi ki, mənim ünvanıma ağıllarına, ağızlarına gələni danışıblar və mən də artıq bir növ bu söhbətlərə öyrəşmişəm. Bəs indi, bu qədər illərdən sonra, Əbülfəz bəyin özünə də böhtan atmaqla neyləmək istəyillər axı? Hamısı da başlarının üstündən Əbülfəz bəyin şəkilini asıllar və guya onun ideyalarını və siyasi kursunun davamçılarıdılar. And olsun Allaha ki, bu cür tərəfdarları və davamçıları olan bir şəxsə düşmən-filan lazım deyil. Bəyənmədiyimiz iqtidarın təmsilçiləri belə, Əbülfəz bəyin barəsində bu cür şərəfsizcə, alçaqca şər-böhtan deməyiblər.

– Rəhim bəy, bir halda ki, söhbət bu yerə gəlib, istəyirəm sizdən bir şeyi də soruşum. Əbülfəz bəyi yaxından tanıyırdınız və həm də bir müddət prezident-nazir münasibətləriniz olub. Ümumiyyətlə, Elçibəyi hər hansı formada şantaj eləmək mümkün idimi və o şantaja boyun əyəcək qədər iradəsiz adamıydımı?

- Mən belə baxıram ki, bəlkə də bunlar onu eləyərdilər. Belə götürəndə, hər bir adamı ya aldatmaq, ya da bildiyi həqiqətlərdən yayındırmaq olar. Heç bir insanın əsəbləri nə dəmirdən olur, nə də poladdan. Amma bu sözü deməkdən ötrü gərək Pənah Hüseyn olasan. Pənah elə bir adamdı ki, əkiz, bir-birini duz kimi yalayan iki qardaşın arasında yarımca saat otursun, yarım saatdan sonra gələcəksən ki, həmin qardaşlar bir-birini qanına qəltan eləyiblər. Mən bu dediklərimin təsdiqi kimi neçə-neçə faktlar ortaya qoya bilərəm. Elə bil bir dəstə o cür adamlar qəsdən ora toplaşmışdılar. Baxın, indi sizə maraqlı bir şey deyim, 1992-ci ilin mayında mən İsa Qəmbərin yanına gəldim. Dedim ki, İsa bəy, axı Etibar bəy də həm hərəkatda kifayət qədər xidməti olmuş, həm də hazırda xeyli nüfuz sahibi olan bir adamdı. Onu hakimiyyətdən kənar tutmaq olmaz və bu gələcəkdə problem yarada bilər. Dedi ki, biz ona gömrüyü təklif elədik, getmədi. Düdim təbii ki, Etibar bəy gömrüyə getməz. Bir həftə sonra İsa Qəmbər özü məni çağırdı və dedi ki, bilirsənmi, Etibar bəy hansı vəzifəni istəyir? O istəyir ki, biz Türkiyədə olduğu kimi dövlət naziri postu yaradaq və bütün güc strukturları, o cümlədən müdafiə nazirliyi onun tabeçiliyinə verilsin. Bildirdim ki, əgər deyirsə, o zaman yaradın. Heç gözləmədiyim İsa-Etibarhalda qayıtdı ki, nə danışırsan, sən Etibarın tabeçiliyində işləyə bilərsən? Sakitcə dedim ki, niyə işləmirəm? Baxın, bu onun ağzından çıxan sözlərdi. Onların başqa bir təxribatını da deyim. 10 gün olmazdı İsa Ali Sovetin sədri idi. Hələ prezident seçkiləri də keçirilməmişdi. Məni çağırdı ki, Rəhim bəy, qərargah rəisi Şahin Musayev haqqında bizdə rəsmi sənəd var, o, QRU-nun – Rusiya Baş Kəşfiyyat İdarəsinin adamıdı. Şahin Musayev də nazirliyə məndən qabaq gəlmişdi və şübhəsiz ki, savadlı hərbiçiydi. Amma avatürası da var idi. Mən də İsa Qəmbərin sözü ilə təqdimat yazdım, onu işdən kənarlaşdırdılar. Onu çıxardandan iki gün sonra, Salyan kazarmasının yanında yaşayan Şahin Musayevin atasının evinə maşın göndərib onu prezident aparatına gətirdillər.

– O niyə?

– Heç nə, orda ona deyiblər ki, gəl bizimlə Rəhim Qazıyevin əleyhinə əməkdaşlıq elə, yaxında onu çıxarıb, səni yenidən nazirliyə qaytaracağıq. Təsəvvür eləyin ki, bunlar dövlət başına gələn gündən ancaq dövlətin yıxılmasına çalışıblar. Mən onlarla bu cür faktlar saya bilərəm. Ona görə də bütün müsahibələrimdə demişəm ki, buyursunlar dəyirmi masa arxasında danışaq. Amma gələn yoxdu. Ona görə də, mən hətta bunların bəyi şantaj eləmək "qüdrətində” olduqlarını da istisna eləmirəm. Mən bəyə Rəhim Qazıyev-5463hər zaman prezident, və müdafiə naziri olaraq qəbul etdiyim Ali Baş Komandan kimi baxmışam. Eyni zamanda biz həm də mübarizə yoldaşıydıq. Hətta bəzi məsələlərlə bağlı mübahisələrimiz də olurdu. Amma mən, o prezident, mən də nazır olduğum müddətdə bəyə qarşı bir dəfə də olsun nə hörmətsizlik eləmişəm, nə də birbaşa ona aidiyyatı olan məsələləri onunla razılaşmadan, məsləhətləşmədən həyata keçirmişəm.

– Yeri gəlmişkən, bu arada Etibar bəyin də adını çəkdiniz. Son vaxtlar, xüsusilə də 4 iyunla bağlı gedən müzakirələrdə Etibar Məmmədovun üzərinə çox getdilər. Haqqı olan-olmayan, gücü çatan-çatmayan, prosesləri bilən-bilməyən hər kəs onu ittiham eləyir. Hətta Rauf Arifoğlunun kiçik qardaşı Azər Ayxanın belə Etibar bəy haqqında çox yaramaz bir yazısını da oxudum bu arada. Sizcə Etibar Məmmədov bu irad və ittihamları nə qədər haqq eləyir, yaxud da xalqın əmanət etdiyi hakimiyyəti əldən verəndən sonra illərdi ki, Etibar Məmmədovu ittiham edib, onu yerdən yerə vurmaqda məqsədləri nədir?

– Mənim hərəkatın lap başlanğıcından ən yaxın münasibətdə olduğum adamlardan biri Nemət Pənahlı, ikincisi isə Etibar Məmmədov idi. Indinin özündə də onların hər ikisinə hörmətim var. Baxmayaraq ki, münasibətlər indi o səviyyədə deyil. Hər halda Nemətlə münasibətlərimiz nisbətən daha sıcaqdı. Etibar bəylə isə sadəcə salam-kalam qalıb. Etibar Məmmədov 1988-ci il hərəkatından sonrakı yüksəliş dövründə milli vətənpərvər qüvvələri təmsil edən liderlərin içində ən populyar və xalq tərəfindən ən çox sevilən şəxs idi. Təsəvvür edin ki, həmin vaxtlar onun uğurunda ölməyə belə hazır olan yüzlərlə, minlərlə vətənpərvər insanlar var idi. Bir sözlə, Etibar o dönəmlərin şəksiz və şəriksiz ən çox sevilən siyasi xadim idi. Mən indinin özündə də çox təəssüf eliyirəm ki, Etibar Məmmədov, təbii ki, mənim anlamımda, xalqın o sevgisini lazımınca qiymətləndirə bilmədi. Amma bu heç də o demək deyil ki, o zamanlar ən yaxşı halda ibtidai sinif şagirdi olan Azər Ayxan və digərləri Etibar Məmmədov barəsində bu cür yazılar yaza biləllər. Təsəvvür eliyirsinizmi, Azər Ayxan mənim də barəmdə yazmışdı ki, Rəhim Qazıyev Şuşada yaralandı, amma nə öldüsü, nə də qaldısı bilinmədi. Yəni, indi bəzi yazarlar peyda olublar ki, yaşlarından da, başlarından da, ağıllarından da çox yuxarı səviyyədə danışır və millətimizin adət-ənənələrindən, ümumi qəbul olunmuş etik normalardan qədərindən çox kənara çıxıllar. Təbii ki, mən nə bunların Etibar bəy haqqında dediklərini, nə də Azər Ayxan kimilərinin yazdıqlarını qətiyyən qəbul etmirəm. Etibar Məmmədovun hərəkat dönəmindəki xidmətlərinin çox az bir qismi belə yetərlidi ki, indi ortada olan siyasət və media mənsublarının onun barəsində danışmaq və yazmaq haqqı olmasın. Heç nə yox, təkcə 1990-cı ilin aprelində Lefortovo həbsxanasında Etibar bəyin kamera qarşısında elədiyi 40 dəqiqəlik çıxışı yetərlidi ki, o, Azərbaycanın Milli Azadlıq Hərəkatı tarixində ən layiqli yerlərdən birini tutsun.

– Nə çıxışdı ki elə?

– 20 yanvardan sonra, bildiyiniz kimi, bizi həbs edib, Moskvadakı mışhur Lefertovo həbsxanasına aparmışdılar. Orada bir müddət qaldıqdan sonra "Qardaşlıq” cəmiyyətindən Ağa və Bala Tarix adlandırılan bir nəfər bizim yanımıza gəlmişdi. Onların Lefertovoya nə cür və niyə gəlmələri başqa məsələdi. Ancaq bizə təklif edirdilər ki, kamera qarşısında çıxış edib, Bakıda fövqəladə vəziyyətin qalmasını dəstəkləyək və rus ordusunun Azərbaycanda bundan sonra da fəaliyyətini davam etdirməsinə haqq qazandıraq. Əvəzində də bizim Lefertovodan dəbdəbə ilə buraxılaraq, Bakı aeroportunda şan-şöhrətlə qarşılanacağımızı vəd edirdilər. Özü də əvvəl bizi ayrı-ayrı çağırmışdılar, mənə demişdilər ki, Etibar bəy bu cür çıxış etməyə razılıq verib, Etibara da demişdilər ki, Rəhim buna razıdı. Sonradan bizi bir araya gətirəndə bəlli oldu ki, heç birimizin bu razılaşmadan xəbəri yoxdu, yəni nə Etibar, nə də mən kimsəyə belə bir söz verməmişdik. Elə ordaca bizə kamera qarşısında çıxış eləmək təklif olundu və ilk çıxışı Etibar bəy elədi. Dediyim kimi, həmin 40 dəqiqəlik çıxış, məndə heç nə ilə müqayisə edilə bilməyəcək təəssüratlar yaratdı. Baxın, bu gün Etibar istəyir məni qəbul etsin, lap istəyir mənə nifrət eləsin, amma mən o çıxışdan sonra Etibarın ağlına, savadına və natiqlik qabiliyyətinə bir daha vuruldum, bir siyasi lider kimi iradəsinin gücünə heyran qaldım.

– Etibar bəy orda rus dilində danışırdı?

– Təbii ki, rus dilində danışırdı. Onsuz da Etibarın danışıq tərzi adama şirin gəlir və açığı onun rus dilində bu qədər mükəmməl danışa biləcəyini heç düşünməzdim. Burda bir məsələ də var, təbii ki, indi kim nə istəyir, nədən istəyir, nə cürə istəyir danışa da, yaza da bilir, ancaq o dövrdə Moskvanın göbəyində yerləşən Lefortivo həbsxanasında oturaraq, hələ taleyinin nəylə bitəcəyini bilmədən, rusun özünün və tarxinin anasını o cür ağlatmaq hər oğulun işi deyildi. Etibar bax onu elədi, özü də ən üstün səviyyədə. Onsuz da həmin çıxış haradasa arxivlərdə var və nə vaxtsa ortaya çıxacaq. O zaman Azərbaycan xalqı da kimin kim olduğunu bir daha görüb, dərk eləmək imkanı qazanacaq. Yəni, bu məsələlər mənim gözümün qabaqında olub. Baxın, bu qədər siyasətçilər və media adamları var və heç birinin də kişiliyi çatmır ki, nə vaxtsa kiminsə göstərdiyi xidmətdən, gördüyü yaxşı işlərdən danışsın. Amma mən Rəhim Qazıyevəm və hərəkatın əvvəlindən üzü bəri, kimsənin yanımda zərrə qədər də yaxşı əməli olubsa, onu gizlətsəm, məndən şərəfsiz adam yoxdu. Amma mənim yanımda nə Pənahın, nə Arifin, nə Sülhəddinin bir dənə də olsun yaxşı işi olmayıb. Indi görünəni odu ki, bunların hamısı elə əvvəldən ora xidmət eləyiblər. Axı, Sülhəddin necə ora xidmət etməyə bilər, onu xüsusi xidmətlə əməkdaşlığa cəlb eləyən adam, zamanı gəlincə nazir oldu, bu da onun birinci müavini. Buyursun, etiraz eləsin. Sübutları, faktları bircə-bircə ortaya qoyaram. Bir daha deyirəm, bunların hər hansı birinin yaxşı işi olubsa və onu gizlədirəmsə, mənə haram olsun. Amma öz dövründə Nemətin də fədakarlığı olub, eyni zamanda da Etibar Məmmədovun əziyyəti də, xidməti də kifayət qədər olub. Allah ruhunu şad eləsin, Ağdamda Eldar Bağırov var idi. Eləcə də Laçında Arif Paşayevin elədiklərini kimsənin danmağa haqqı yoxdur. Eldar Bağırovrövşən cavadovArif Paşa-00Bunların hamısı millətin bağrından qopub gələn və o dövr üçün kifayət qədər iş görüb nüfuz qazanmış adamlar idi. Sonradan onların hamısını özlərini cılız hisslərinə və şəxsi maraqlarına hesablanmış həmin o intriqalara qurban verdilər. Təsəvvür eləyin, Arif Paşayev o vaxtkı nüfuzu ilə hansı şöhrətə çata bilərdi, onu qoymadılar. Allah rəhmət eləsin, Rövşən Cavadovu da o cür qurbanlıq həddinə gətirdilər. Əgər mənim qəlbimdə hər hansı ibarəbazlıq, iddia və təkəbbür olsaydı, mən də bunlar kimi oyunlar qurar, müxtəlif vasitələrlə tutduğum vəzifədə yerimi möhkəmlətməyə çalışardım. Hər necə olsa da, mən bunların hərəsindən 15-20 yaş böyük idim. Həyat təcrübəm də, özümə görə ağlım da var idi. Amma hər zaman çalışdım ki, xalqa bir gün ağlayaq, torpaqlarımızı azad edək, dövlətimizi möhkəmlədək. Ancaq siz görün bunlar mənim arxamda nəylə məşğul olublar? Indi yeri gəldi, burda bir məsələni də deyim. Təsəvvür edin ki, nazir olduğum cəmi bir həftə idi, Arif Paşayevi də, Rövşən Cavadovu dəvət elədim ki, gəlin, Yaqub Məmmədovla danışım, sizi özümə müavin götürüm. Rövşənə təklif elədim ki, OMON –u Müdafiə nazirliyinin tərkibinə keçirək və sən də müavin statusunda, həm də OMON-un komandiri kimi qal. Arif Paşayevə isə dedim ki, get polkda yerinə adam hazırla ki, nazirlikdə döyüş hazırlığı üzrə müavin olacaqsan. Ikisi də dedilər ki, gedib fikirləşək. Rövşən üç gündən sonra gəldi ki, nazir müavini olmaq istəmir. Açığı, mən indi də bilmirəm onu kim yoldan çıxartdı. Amma şükürlər olsun ki, Arif Paşayev hələ sağdı. Təsəvvür eləyin ki, həmin bu intriqabazlar Arifə demişdilər ki, Rəhim səni nazirliyə gətirir ki, aradan götürsün – öldürsün. Indi mən Aifin əvəzinə heç nə demək istəmirəm, gedin özündən soruşun, o özü deyər bu sözləri ona kimin dediyini. Bir anlıq düşünə bilirsinizmi ki, bunları belə yoldan çıxartmasaydılar və mən onların ikisini də müavin postuna oturda bilsəydim, biz o qüdrətli qüvvələri birləşdirib, həmin dövrün şərtlərinə görə uzağı bir neçə aya müharibəni qələbə ilə bitirib, torpaqlarımızı da azad eləyə bilərdik. Amma bunlar neylədi? Zatən hər şey ortadadı, görünən kəndə nə bələdçi?

– Rəhim bəy, artıq illərdi ki, milli hökumət adlandırılan qurumda təmsil olunan şəxslərin bəzən şəraitə, bəzən də zamana uyğun olan bəlli açıqlamaları olur. Və bütün bu açıqlamalar istər-istəməz dolayısı ilə də olsa, mərhum prezident Əbülfəz Elibəyi zərbə altına almağa yönəlib. Sizcə bunun səbəbi nədi, Elçibəyi niyə belə aşağılağa çalışırlar?


– Özlərini üzdə saxlamaqdan ötəri Elçibəyi aşağlamalıdırlar, vəssalam. Allah günahlarını bağışlasın. Elçibəy indi haqq dünyasındadı. O, həyatda olanda hər zaman özünə sözümü də demişəm, məktublarımı da yazmışam. Ancaq indi bircə onu demək istəyirəm ki, Elçibəyin sürətlə nüfuzdan düşməsi üçün İsa Qəmbər, Pənah Hüseyn, Arif Hacılı, Sülhəddin Əkbər gecə-gündüz çalışdılar və nəhayətində buna da nail oldular. Amma Əbülfəz bəy, mənəvi cəhətdən bunlarla müqayisə olunmaz dərəcədə yüksəkdə duran bir adamdı. Sadəcə olaraq, Əbülfəz bəy gərək bir şeylərii biləydi. Hərəkatın lap başından bəri bunların nə işlə məşğul olduqları və nəyə, ya da kimə xidmət etdikləri ortadaydı. Təsəvvür edin ki, 1990-cı il 20 yanvar hadisələrindən sonra Cəbhənin o qədər pərakəndə vəziyyətə düşdüyü halda, səhəri günü bunlar yığışıb İsa Qəmbərin rəhbərliyi altında ŞADP(Şimali Azərbaycan Demokrat Partiyası) elan elədilər. Çünki onda bunların da canına vəlvələ, kürklərinə birə düşmüşdü. ElçibəyVə ondan sonra AXC-nin Şamaxı, Göyçay və Akstafa konfranslarında bunların Əbülfəz bəyin ünvanına dedikləri sözlər və işlətdikləri ifadələr hələ də protokollarda qalır. Bilirsinizmi, mən belə hesab edirəm ki, Əbülfəz bəyin həddindən artıq demokrat olmaq istəyi və heç vaxt birləşə bilməyəcək şəxsləri birləşdirmək istəməsi son nəticədə bu faciələrə gətirib çıxartdı. Əslində birləşməsi mümkün olmayan insanları nəyin bahasına olur-olsun birləşdirmək istəyi o zamanın darmacaında vətənə xəyanət anlamına gəlir. Amma Əbülfəz bəyin bunu etməsi daha çox onun xarakterinə və xoş niyyətinə bağlıydı.

– Yəni, demək istəyirsiniz ki, dövlət xadimi, prezident kimi bütün əyər-əksiklərinə rəğmən, Əbülfəz bəy mənəvi cəhətdən yetkin adam idi?