ABŞ prezidenti Bayden korrupsiyada ittiham edildi

Yaponiyanın polad şirkəti Nippon Steel və Americanın US Steel şirkəti ABŞ prezidenti Co Bayden və onun administrasiyasına qarşı birgə məhkəmə iddiası qaldırıblar.

Musavat.com xəbər verir ki, bu barədə şirkətlərin dərc olunmuş birgə bəyanatında məlumat yer alıb. Buna səbəb Bayden administrasiyasının iki korporasiya arasında razılaşmanın qarşısını almaq qərarıdır. Bu qərarla Bayden US Steel-in Yaponiyanın Nippon Steel şirkətini almaq üzrə sövdələşməsinə mane olub. Administrasiya qərarı ekspertlərin "bu müqavilənin Amerikanın ən böyük polad şirkətlərindən birinə xaricdən nəzarəti təmin edəcəyinə və milli təhlükəsizlik və əsas təchizat zəncirlərinə təhlükə yaradacağına" dair qiymətləndirmələri ilə izah edib.

US Steel-in direktoru David Burritt bildirib ki, ABŞ prezidenti Co Baydenin qərarı utancverici və siyasi korrupsiya nümunəsidir: "Baydenin bugünkü qərarı biabırçı və korrupsiyadır. Bu, onun şirkətimizin gələcəyinə, işçilərimizə, milli təhlükəsizliyimizə xələl gətirən həmkarlar ittifaqı liderinə verdiyi siyasi mükafatdır. O, əsas milli təhlükəsizlik müttəfiqimiz olan Yaponiyanı təhqir edib, həm də Amerikanın rəqabət qabiliyyətini təhlükəyə atıb”.

Şirkət rəhbəri əmindir ki, amerikalı işçilər “daha yaxşısına layiqdirlər”: "Bizə Amerika üçün ən yaxşı sövdələşməni necə əldə edəcəyini bilən və onu əldə etmək üçün çox çalışan bir prezident lazımdır. Biz Baydenin siyasi korrupsiyasına qarşı mübarizə aparmaq niyyətindəyik".

Qeyd olunur ki, Baydenə qarşı iki iddia qaldırılıb - Kolumbiya Dairəsinin Apellyasiya Məhkəməsində və Pensilvaniya Rayon Məhkəməsində. Şirkətlər israr edirlər ki, Baydenin qərarı "qanunsuz siyasi müdaxilə" idi.