Almaniya Trampın planını rədd etdi

Almaniya kansleri Olaf Şolts  Donald Trampın Qəzza sakinlərini Misir və İordaniyaya köçürmək təklifini qətiyyətlə rədd edib.

"Mən prezident Trampın irəli sürdüyü təklifi tamamilə rədd edirəm. Qəzza əhalisini Misirə və İordaniyaya köçürməməliyik", – deyə Şolts bildirib.

Musavat.com-un məlumatına görə o əlavə edib ki, Yaxın Şərqdə gərginliyin daha da artmasının qarşısını almaq və Fələstin ilə İsrail arasında dinc birgəyaşayışı təmin etmək üçün bütün səylər göstərilməlidir.