Azərbaycan Milli İstiqlal
Partiyası Almaniya Bundestaqının saxta "erməni soyqrımını” tanıma
qərarını kəskin şəkildə pisləyərək bunu Avropa siasətinin növbəti qara
ləkəsi kimi qiymətləndirir.
Partiyadan Millət-ə daxil olan məlumatda deyilir: "Alman tarixçiləri və siyasətçiləri çox yaxşı bilirlər ki,
1-ci dünya müharibəsi zamanı müttəfiq olduqları Türkiyə heç bir xalqa
qarşı soyqırım törətməyib.
Daha sonra bəyanatda qeyd olunur: "O zaman Rusiya-Fransa-İngiltərə
dövlətlərinin yaratdığı Antanta ittifaqı isə Osmanlı imperiyasını
dağıtmaq məqsədi ilə indiki Türkiyə ərazisində yaşamış erməniləri
silahlandıraraq 100 minlərlərlə türkün qətlinin səbəbkarına
çevirilmişdi. Sonradan bu cinayəti pərdələmək üçün həmin dövlətlər
Türkiyə Cumhiriyyətini ermənilərə qarşı soyqrım törətməkdə və onları
deportasiya etməkdə günahlandıraraq sərsəm bir ideyanı dünya
dövlətlərinə sırımağa başladılar. Osmanlının süqutundan sonra böyük bir
coğrafiyada onun varisi kimi mövcud olan Türk Cümhuriyyətini Avropa bu
günə qədər də həzm edə bilmir. Çox təəssüf ki, Xocalıda ermənilərin
törətdiyi vəhşiliklərə görməzdən gələn Almaniya Bundestaqı da sonunda bu
çirkin planın iştirakçısına çevrilərək bundan sonra bu yöndə hər hansı
ədalətli qərar vermək iqtidarında olacağını şübhə altına qoydu”.