Azərbaycan bəyanatlarlardan, hədələyici ritorikalardan əl çəkib, müharibəyə başlamalıdır

"Ermənistan Silahlı Qüvvələrinin Füzuli rayonun Alxanlı kəndini atəşə tutması nəticəsində 2 yaşlı uşağın və mülki şəxslərin qətlə yetirilməsi insanlığa sığmayan, qəddarlığın və vəhşiliyin heç bir analoqu olmayan daha bir nümunəsidir. Uşaq, qoca və qadın qatilləri cəzasız qalmamalı, onlara layiq olduqları cavab verilməlidir”.

Bu fikirləri AMİP Siyasi Şurasının üzvü Əli Orucov ermənilərin iyulun 4-də saat 20 radələrində Azərbaycanın işğal olunmuş ərazilərindən Füzuli rayonunun Alxanlı kəndinin mülki əhalisinin və mülki obyektlərinin ərazilərini mina və qumbaraatanlardan atəşə tutaraq kənd sakinləri - 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızının öldürülməsinə münsibət bilidirərkən səsləndirib.

AMİP yetkilisi daha sonra deyib:

"İllərin təcrübəsi sübut etdi ki, Ermənistan təxribatlaradan əl çəkməyərək, müqanişənin nizamlanmasına hər vəhclə mane olur, regionda gərginliyi artırır, müki əhaliyə divan tutmaqda davam edir. Bu dəfəki təxribatında da Erməni hərbi xuntası Dağlıq Qarabağ və ona bitişik ərazilərdə yaşayan vətəndaşlarımızı qorxu altında saxlamaq, qaçqınların öz yurd-yuvalarına qayıtmalarına mane olmaqdır. Cocuq Mərcanlıya qayıdış Ermənistan tərəfini ciddi narahat edir və bu prosesin ardının gələcəyini və davamlı hal alacağından əndişəyə düşüb. Azərbaycan hakimiyyəti bəyanatlarlardan, hədələyici ritorikalardan əl çəkib, silahları səsləndirməli, döyüş texnikasını işə salmalıdır. İqtidar nə vaxtadək ATƏT-in səbatsız fəaliyyətinə bel bağlayıb körpələrimizi, qadın-qocalarımızi erməni silahlı qüvvələrinin hədəfinə çevirəcək? Yaxud da hansısa sülh platformasına ümid olub milyonlar hesabına bir iki dığanı danışdırıb özünə təsəlli verəcək? Birdəfəlik anlamaq lazımdır, türkə nifrət erməni ailəsində ana bətnində öyrədilir.”

Əli Orucov onu da vurğulayıb ki, Azərbaycan Milli Ordusu qisasla kifayətlənməməli, torpaqlarımızı işğaldan azad etməlidir ki, bir daha düşmən bizə belə ağır faciələr yaşada bilməsin.

"Mən Silahlı Qüvvələrimizin gücünə, qüdrətinə və yüksək döyüş qabiliyyətinə tam inanıram. Münaqişənin həll etsə məhz Milli Ordumuz həll edəcək".