Bəzi Avropa ölkələri Ukraynadakı müharibədən yorulub, ona görə də dəstəyi azaltmaq barədə düşünürlər”.
Bunu Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli yerli “The House” jurnalına müsahibəsində deyib.
Onun fikrincə, bu, ciddi problemdir. Nazir dünya dövlətlərini Ukraynaya dəstəyi davam etdirməyə çağırıb.
C.Kleverlinin sözlərinə görə, Ukraynaya hərbi və iqtisadi yardım göstərmək London üçün çətin və ağrılı qərar olub: “Amma söz verirəm ki, müharibə başa çatana qədər Ukraynaya dəstəyi davam etdirəcəyik. Çünki dəstəyin dayandırılması daha kritik nəticələrə səbəb ola bilər”.
Nazirin fikrincə, rəsmi Kiyev gələcəkdə NATO-nun üzvü ola bilər: “Ancaq bunun nə vaxt baş verəcəyini dəqiq bilmirəm. Çünki Rusiya ilə Ukrayna arasında savaşın nə qədər davam edəcəyi məlum deyil”.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında müharibə ötən il fevralın 24-də başlayıb. Ukrayna bu ilin iyunundan etibarən əks-hücum əməliyyatları keçirir.