Cəmiyyəti bu qədər sıxmaq, təzyiq altında saxlamaq olmaz

Milli Şuranın 19 oktyabrda keçirdiyi icazəsiz aksiyaya rəylər gəlməkdə davam edir. Burada Qərb dairələrinin, Rusiyanın, eləcə də ölkə daxilində müəyyən qüvvələrin rolunun olduğunu düşünənlər var.

Milli Şuranın 19 oktyabrda keçirilən aksiyanın təşkilatçısı rəsmən elan edildiyi kimi Milli Şuranın özü idi. Sizin iddia etdiyiniz kimi hansısa dairələr tərəfindən təşkil edilməsi barədə məndə elə bir məlumat yoxdur. Bunu müvafiq dövlət qrumları məşğul olub araşdıraraq üzə çıxarmalıdır. Hərə bir cür ehtimal irəli sürə bilər.

Şəxsən mənim düşüncəmə görə, qarşıdurmalardan, zorakılıqlardan və inadkarlıqlardan çəkinliməlidir. Ölkədə vəziyyətin kritik həddə gələməsinə imkan verilməməlidir. Bu baxımdan iqtidarın üzərinə daha böyük məsuliyyət düşür. Vətəndaşların fundamental hüquq və azadlıqlarına, o cümlədən sərbəst toplaşma hüququna sayğı göstərilməlidir. Cəmiyyəti bu qədər sıxmaq, təzyiq altında saxlamaq nəyə lazımdır. Dünya sürətlə dəyişir, cəmiyyətin təlabatı dəyişir, hakimiyyət də fəaliyyətini buna uyğun şəkildə qurmalıdır. Açığı deyim mən bir vətəndaş olaraq gedən proseslərdən narahatam. Hiss etdiyim həm də ondan ibarətdir ki, sanki hansısa qüvvələr qarşudurmanın daha da dərinləşməsinə, geniş çevrəni əhatə eləməsinə çalışır. Aksiyada iştirak etmədiyiz halda rayon təşkilat sədrimizi həbs etdilər, digər üzvlərimizə təzyiq göstərdilər.Hakimiyyət kompromisə hazır deyil, bunu hətta özü üçün psixoloji problemə çevirib. 28 may metrosunun həndəvəri də, Lökbatan qəsəbəsi də mitinq keçiriləcək üçün məkan deyil. Ortaq məxrəc tapmaq olardı. Bunun əvəzində isə inadkarlıq seçildi. Şiddət və qızışdırıcılıq siyasi mübarizədə əks effeklə nəticələnir. Doğrudur, polis aşırı güc tətbiq etməsə də, insanlarla qeyri-insanı davrandı. Aksiynın bu cür dağıdılması qəbul edilməzdir. Həm beynəlxalq ictimaiyyət, həm də cəmiyyətimiz belə mənzərəni yaxşı qarşılamadı. Mən ölkədə sabitliyin belə qabuledilməz üsul və metodlarla qorunmasını uğur hesab edənlərlə razılaşmıram. Çünki bu silahlı çatışmaya, xaosa, şiddətə aparır. Mən çıxış yolunu danışıqlar masasında, dialoqda görürüəm. İqtidar ölkədə dialoq mühiti yaratmasa elan etdiyi və anonsunu verdiyi köklü dəyişikliklərə də, islahatlara da, xarici basqıları dəf etməyə, həlli vacib problemləri də çözməyə nail ola bilməz. /Yeni Müsavat/