Dünyavi Bozqurd Partiyasından bahalaşma ilə bağlı bəyanat

Dünyəvi Bozqurd Partiyasının siyasi şurasının iclası keçirilmişdir.Partiyanın Mətbuat xidmətindən daxil olan məlumata görə iclasda bəyanat qəbul edilib.Bəyanatda deyilir:

Azərbaycan Respublikasının Prezidentinin icra səlahiyyətlərinin həyata keçirilməsinin təşkili məqsədi ilə yaradılmış olan, Azərbaycan Respublikası Nazirlər Kabineti, uzun illərdir lazımsız bir quruma çevrilmişdir.
Başlanğıcda götürülmüş balanslaşdırılmış xarici siyasət kursu, tes-tez dəyişdirildiyindən müttəfiqlərlə, etibarlı tərəfdaşlıq münasibətləri korlanmış,faktiki olaraq Azərbaycan dövləti beynəlxalq aləmdə təklənmək təhlükəsi ilə üz-üzə qalmışdır.
Seçkilərə qanunsuz müdaxilələr, cəmiyyət icərisindən, intelektual, fəal siyasi qüvvələrin hakimiyyətdə təmsil olunmaq imkanlarını məhdudlaşdırmış, bununlada toxunulmazlıq "statusu”nu məngirləmiş məmurlar isə öz fəallığını itirərək ətalətə sürüklənmişdir.
-işğal edilmiş torpaqlar azad edilməmiş,
-azad iqtisadi sistem formalaşdırılmamış,
- maddi nemətlərin bölgüsündə xalqın deyil,oliqarx məmurlara şərait yaradılmış,
-maliyyə resusları bir qurup korrupsiyaçı məmurun əlində cəmlənmiş,
- sosial iqtisadi durum ağırlaşmış,və ölkə iqtisadiyyatı,tamamilə neft gəlirlərindən asılı vəziyyətə salınmışdır.
Qiymətlərin sürətlə qalxması səbəbindən, əhalinin yaşayış səviyyəsi son kritik həddə gəlmişdir.
Baş nazirin öz vəzifə səlahiyyətlərinin öhdəsindən gələ bilməməsi, dünyanı bürümüş maliyyə böhranının davam etdiyi dövrdə, nazirlər kabinetinin onsuzda yararsız olan fəaliyyətinin, bundan sonra davam etdirməsi, Azərbaycan dövlətinin müqəddəratına təhlükə törədə biləcəyini əsas götürərək, Prezidentdən, Nazirlər kabinetinin buraxılmasını və bütün siyasi qüvvələrin iştirakı ilə yeni hökümətin formalaşdırılmasını tələb edir .

Mövcud tarixi-siyasi stiuasiya, avtoritar rejimdən demokratik rejimə keçidin zəruriliyni diqtə edir.
Əks təqdirdə Azərbaycanda ictimai siyasi sosial iqtisadi və hərbi vəziyyət nəzarət altından çıxaraq dağıdıcı xarakter alacaqdır.

Bu yalnız daxili faktorların təsiri ilə deyil,daha çox xarici təhdidlərin real müstəviyə keçirilməsi ilə baş verəcəkdir

Partiya belə hesab edir ki, demokratik islahatalrın,bu korrupsiyalaşmış məmur oliqarxlar tərəfindən aparılması, qeyri mümkündür.

Dünyəvi Bozqurd Partiyası, Azərbaycan dövlətçiliyini qorumaq iqtidarında olmayan hökümətin tam tərkibdə istefaya göndərilməsini, ictimai siyasi,sosial iqtisadi və hərbi böhranı dayandıra bilən və paralel olaraq dərin demokratik islahatların həyata keçirilməsinə qarant olan, Milli Etimad Hökümətinin yaradılmasını tələb edir.