Strateq.az saytı yeni bir layihəyə başlayıb. "Persona-qrata” adlı bu layihə çərçivəsində Azərbaycan siyasi palitrasının tanınmış simaları ilə müsahibələr təqdim olunacaq.
İlk müsahibimiz Azərbaycan Milli İstiqlal Partiyasının lideri Etibar Məmmədovdur. 2004-cü ildə AMİP sədrliyindən könüllü şəkildə kənara çəkilən və aktiv siyasi səhnəni tərk edən Etibar Məmmədovun bu addımı o vaxtlar çox müzakirələrə səbəb olmuşdu. O zamandan bəri, KİV-lərdə AMİP liderinin qısa açıqlamalarından savayı, geniş müsahibəsinə rast gəlinmir.
Müsahibənin II hissəsini təqdim edirik:
- Bir sıra analitiklərin fikirncə, neft gəlirlərinin azalması, devalvasiya zəruri iqtisadi islahatların həyata keçirilməsi üçün münbit şərait yaradıb...
- Neftin qiyməti yüksək olanda bir az eyforiya yaranmışdı. Bu ziyanlıdır. Gələn böyük həcmdə pulu idarə etməyi də bacarmaq lazımdır. Çünki pul çox olanda, israfçılıq başlanır. Ona görə bu gün ciddi islahatlara ehtiyac var. Birincisi, biznes mühiti məmurların əlindən alınmalıdır. Kiçik və orta sahibkarlığa azadlıq verilməlidr, onların biznesi təşviq olunmalıdır. Ölkə hələlik idxal üzərində qurulub. Buna görə də məmurların marağı var idi ki, manat baha olsun. Ucuz dollarla mal gətirib baha manata satsınlar. Bu səhv maliyyə siyasətini maliyyə naziri Samir Şərifovla Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov aparırdı. Manatın saxlanmasına bu qədər pul xərcləyirdilər. Buna ehtiyac yox idi. Manatın sərbəst buraxılması lazım idi.
- Gözlənilən, proqnozlaşdırlan bu islahatlar posesinə müxalifət dəstək verməlidirmi?
- Əlbəttə, verməlidir. Düzgün islahat həyata keçirilirsə, müxalifətin vəzifəsi budur ki, bu islahatları qəbul etsin. Müxalifət bu islahatlarn icrasına nəzarəti həyata keçirməlidir. İslahatın təkcə elan olunması ilə iş bitmir. Ölkədə çox yaxşı islahatlar, çox müsbət proqramlar elan olunub. Yaxşı qanunlar, qərarlar qəbul edilib. Ancaq onu icra edənlərin bunu icra etməkdə marağı olmadığından, belə sabotaj xarakterli işlər gedir.
- Oliqarxiyaya qarşı iqtidar-müxalifət əməkdaşlığının perspektivi varmı?
- Bizdə oliqarx yoxdur axı... Bunlara oliqarx adı veriblər, ancaq heç iş adamı da deyillər. İş adamı iş qurar, plan cızar, gəlir əldə edər... Bu adamlar bankdan dövlətin milyonlarla pulunu götürürlər, havayı torpaq əldə edirlər, müəssisəni su qiymətinə alırlar... Pulu da yeyib dağıdırlar, adlarını da qoyurlar "mən oliqarxam”. Özünə təyyarə, 5-6 maşın almaqla adam oliqarx olmur. Xarici ölkələrdə də sənayenin müəyyən hissəsini nəzarətə götürmş insanlar var. Lakin onları da çox böyüməyə qoymurlar. ABŞ-da, Avropada anti-inhisar qanunları işə düşür. Müəyyən sahədə payı həddən artıq böyük olanda bölürlər, hətta rəqibinə verməyə məcbur edirlər, oliqarxları ölkə üçün təhlükə hesab edirlər. Məsələn, bütün qida sektorunu "Azərsun”a verməyə nə ehtiyac var? Bu böyük təhlükədir ki, ölkənin bütün qida istehsalı və idxalın yarıdan çoxu "Azərsun" kimi bir təşkilata verilib. Qida sektoru strateji sahədir. Bu vəziyyət isə ölkə üçün böyük təhlükədir. Heç bir halda strateji sahələr bir adamın, bir şirkətin ixtiyarına verilə bilməz. Onlar həm qiyməti diqtə edəcəklər, lazım olan vaxtda başqa təsirlər altına da düşə bilərlər. Onların qarşısını almaq üçün hökümətin vəzifəsi bu inhisarları bölmək və bir –biri ilə rəqabət aparan şirkətlərin arasında tənzimləmə aparmaqdır.
- İslahatlar dəstək zəruridir demək?
- Əlbəttə, islahat aparılacaqsa, dəstəklənməlidir.
- Azərbaycan təcriddə yaşamır. Baş verən proseslər ətrafımızda olan proseslərin inikasıdır. Müzakirə olunan məsələlərdən biri Azərbycanın xarici siyasətinin vektorları ilə bağlıdır. Avrasiya İttifaqına üzvlük, Rusiya təsiri, Avropaya interqasiya ətrafında mübahisələr var. Azərbycan üçün belə bir seçim zərurəti doğurdanmı var? Yoxsa bu, subyektiv maraqların göstəricisidir?
- Avropa İttifaqı ilə əlaqələr kəsilməyəcək və belə bir ehtimal da yoxdur. Azərbaycan geostarateji cəhətdən çox mühüm yerdədir. Təbii ki, dünyada qlobal mübarizə aparan qüvvə - Rusiya və Qərb Azərbaycanı öz təsir dairəsinə salmaq istəyir. Amma Azərbaycanın özünün problemləri var. Avrasiya İttifaqı ilə bağlı məsələ də Azərbyacan hökumətinin qarşısındadır. Bununla bağlı hökumətin bugünkü mövqeyini düzgün hesab edirəm. İqtidar bunu Qarabağ məsləsi ilə bağlayır. Düz də edir. Heç kim buna irad tuta bilməz ki, "niyə Avrasiya İttifaqına qoşulmursan?” Əgər bu İttifaqda Azərbaycanın düşməni varsa, onunla bərabər necə orda ola bilər? Bu qurumda sərhədlərin, vahid gömrüyün müəyyənləşməsi var. Ölkəmizin sərhədlərinin bir tərəfi işğal olunubsa, necə bu birlikdə iştirak etmək olar?! Elə Ermənistanın da o birlikdə iştirakı qanunsuzdur. Çünki sərhəddin bir tərəfinə nəzarət etmir. Bu məsələ Azərbaycana sərbəst mövqe tutmağa kömək edir. Qərbə gəlincə, onlar da Azərbaycandan bir çox, xüsusən də enerji resursları ilə bağlı məslədə onun tərəfində olmasını istəyirlər. Təzyiq vasitəsi kimi də insan hüquqları amilindən istifadə edirlər.
- Siz bunu təziyq sayırsınız?
- Əlbəttə, bu, təziyq vasitəsidir. İndi bunu aradan qaldırmaq üçün hökumət ağıllı hərəkət edib belə səbəbləri yaratmamalıdır. İkincisi, ilk addım olaraq, biznes sahəsində azadlıqları təmin etməlidirlər. Ölkədə mülkiyyət toxunulmazlığı yoxdursa, sabitlikdən danışmaq olmaz. Sabitliyin əsası mülkiyyət münasibətləridir. Strateji yerlərdə olan adamların ixtiyarına böyük maliyyə vəsaitləri verilir, insanları incidirlər ,camaatın mülkiyyət hüququnu pozurlar... Bunlar olmamalıdır.
- Ölkənin gələcəyi ilə bağlı fikriniz necədir? SSRİ zamanından bu günə baxdıqda, Sizcə, Azərbaycan geopolitik müstəvidə yerini tuta bildmi?
- Bədbinlik üçün əsas yoxdur. Azərbaycan bu saat dünyada mühüm dövlətlərdən birinə çevrilib, söz sahibidir. Ölkədə inkişaf var. Amma bu inkişaf bzim imkanlarımza uyğundurmu? Bu məsələ müzakirə olunur. Biz bundan artıq irəli gedə bilərikmi? Bu inkişaf neftin, maliyyə gəlirlərinin hesabına olub? Daxili inkişafımız burada hansı rolu oynayıb? Vətəndaşların özü burada hansı şəkildə işitrak edib? Bu gün Azərbayacanın dünyada tanınması faktdır. Bakının, Azərbaycanın inkişafı göz qabağındadır. Amma buna "şükür” deməklə iş bitmir. İrəli getmək lazımdır. Üzə çxan halların səbəbləri öyrənilməlidir. İndi ən mühüm məsələ vətəndaş və mütəxəssis yetişdirməkdən keçir. Məsələn, 1994-cü ildə imzalanmış neft müqavilələri Milli Məclisdə təsdiq olunan zaman təkid edirdim ki, bundan sonrakı müqavilələr parlamentdə təsdiq olunmasın. Çünki həmin müqavilələr Milli Məclisdə təsdiq olunandan sonra qanun qüvvəsi aldı və hətta Konstitutsiyadan da üstün oldu. O zaman izahat verildi ki, bizim hələ neft haqqında qanunumuz və bu sahədə mütəxəssisimiz olmadığından buna gedirik. İndi üstündən nə qədər keçib? 21 il...Bu illərdə niyə "neft haqqında qanun” qəbul olunmayıb? Bu yaxınlarda yenə də bir müqavilə Milli Məclisdə təsdiq olundu. Bu bizim milli dövlət mənafelərimizə ziddidir. Çünki heç bir müqavilə qanun statusu alıb bizim Konstitutsiyadan üstün olmamalıdır. Ancaq təəssüf ki, bu var. Bu da bizim milli mənfelərimizə ziddir. İndiyə qədər biz mütəxəssis yetişdirməyə xüsusi diqqət yetirməli idik. Qazandığımız pullar o istiqamətdə xərclənməlidir. Nəticədə bu gün Azərbaycanın neft şirkəti, başqa sahələri artıq xarici mütəxəsisslərdən asılı olmasın. Düzdür, mütəxəssislərimiz var. Amma bizim edə biləcəyimizdən xeyli aşağdır. Biz bundan daha çoxunu edə bilərdik.
Bu gün bütün rayonlarda xəstəxanalar, diaqnostika mərkəzləri açılır. Amma bir çoxu açılandan, çox yüksək səviyyəli müasir avadanlıqlarla təmin olunandan sonra oradakı personal həmin səviyyəyə uyğun olmurlar. Fikrimcə, müasir xəstəxanaların, mərkəzlərin tikilməsi plana salınanda orada işləyəcəck personalın sayı qədər insanın hazırlıq planı artıq Səhiyyə Nazirliyi tərəfindən hazırlanmalıdır. Xəstəxanının açıldıqdan sonra ora uyğun personal dərhal işə başlamalıdır. Amma bu sahədə geri qalırıq. Təhsil də onun kimi.. Düzdür, indi təhsildə bəzi dəyişiklikər baş versə də yenə kifayət deyil. Müasir dövrlə ayaqlaşmaq lazımdır. Müasir dövrdə imkan verə bilmərik ki, gənclərimiz kosmopolit olsunlar. Biz milli maraqları onlara aşılamalıyıq. Kosmopolitizmlə bağlı çox böyük təhlükə var. Bizim xaricədə oxuyan gənclərimiz geri qayıtmaq istəmir. Onlar üçün elə şərait yaratmaq lazmıdır ki, qayıtmağa maraqlı olsunlar. Əhalinin özü də məmurların onları incitməsi nəticəsində bəzən hökümətlə dövləti qarışıq salırlar. Bəzi siyasətçilərmiz, xüsusən hakimiyyətdə olanlar da.. Hökümətdən narazı olanlar dövlətdən narazı olan kimi özlərini göstərirlər. Ona görə də bir çoxu dövləti özünkü hesab eləmir. Sanki onu incidən bir qurum kimi görür. Bunun kökündə də həmən məmur özbaşınalığı durur. Bu özbaşınalığın qarşısı da alınmalıdır.
- AMİP-in əsas xətti milli burjuaziyann dəstəklnməsidir. Bu həbslər sizdə diskomfort yaratmır?
- Bu, məmur burjuaziyasıdır, milli burjuaziya deyil. Bu adamlar aldığı rüşvətin hesabına, məmur olduğu üçün əlindəki üstünlüklərdən istifadə edərək, biznes qururlar. Bu, burjuaziya deyil. Bütün dünyada, elə bizdə də qanunla məmura bizneslə məşğul olmaq qadağandır. Nazilriklər qanunlara riayət olunmasına nəzarət etməlidir. Daha gedib marşrut açmaq, dayanacaq düzəltməklə məşğul olmamalıdır.
- Krımın işğlı cəmiyyətimizə bir daha Qarabağ hadisələrini xatırlatdı. Məlum oldu ki, Şimaldan real təhlükə hər an mövcuddur.
- Krım hadisələri dünya siyasətində bir dönüş nöqtəsi oldu. Buna qədər, II Dünya savaşından sonrakı dünya düzəninə riayət olunurdu. İlk dəfə olaraq Rusiya bu öhdəlikləri ayaq altına atdı. Ukraynın ərazi bütövlüyünə təminatçı olan Rusiya onun bir hissəsini qoparıb özünə ilhaq elədi. Bu yeni "soyuq müharibə”nin başlanğıcı oldu. Bundan sonra bizim üçün həmişə təhlükə olacaq. Rusiyanın Qafqazda maraqları var. Azərbaycan da bunu içindədir. Rusiya istənilən halda Azərbaycana qarşı təzyiq vasitəsinə əl ata bilər. Ehtiyatlı, ayıq-sayıq olmaq lazımdır. Xüsusi vurğulayım ki, bizim cəmiyyətdə də, hakimiyyətdə də Rusiyapərəst qüvvələr var. Mən özüm şahidi olmuşam ki, hakimiyyətdə təmsil olunan bir neçə şəxs ağızdolusu Rusiyanın gücündən, onun haqlı olmasından fəxrlə danışrdı. Hakimiyyətdə təmsil olunan, mühüm post tutan insanlardan söhbət gedir. Bu, Azərbaycan üçün təhlükədir. Rusiyameyili qüvvələr həmişə arxadan zərbə vurmağa hazır olublar. Bizm tarixdə bu, dəfələrlə olub.
- Etibar bəy, Qarabağ problemi necə olacaq? 1988-ci ildə siz, ali məktəb müəllimi məhz bu məsələnin həll olunması tələbi ilə siyasətə gəldiniz. Üstündən 27 il keçib. Amma hələ problem həll olunmayıb.
- Qarabağ danışıqları uzun illər davam edəcək. Bunun silahlı yolla həlli variantı risklidir, amma gözdən qaçırılmamalıdr. Azərbaycanın ordusu indi çox gücldür və problemi həll etmək iqtidarındadır.
-Siz münaqişənin müharibə yolu ilə həllinin tərəfdarısınız?
-Mən demədim müharibə tərəfdarıyam. Dedim ki, ordumuz bu məsələni həll etmək iqtidarındadır. Daha da güclü olmalıdır ki, çəkindirici bir faktora çevrilsin. Ancaq eyni zamanda, bütün beynəlxalq danışıqlarda Ermənistan Azərbaycana irad kimi məsələləri - insan hüquqları, burada erməni millətinə olan münasibət məsələsini ortaya atır. Hökümət daxili siyasətdə necə deyərlər "qarmaq atılası” yerlərə imkan verməməlidir. Qoy istənilən erməni deməsin ki, "mən Azərbaycan vətəndaşı olanda mülkiyyətimi əlimdən ala bilərlər”.
- Bu mühüm detaldır?
-Çox-çox mühümdür. Elə siyasət aparılmalıdır ki, Dağlıq Qarabağ ermənilərini Azərbaycanda birgəyaşayışa inandırsın. Dağlıq Qarabağı heç kəs bizə qaytarmayacaq. Bunu özümüz almalıyıq. İqtisadi və hərbi siyasətlə Qarabağı almaq mümkündür. Qaytarmaq üçünsə həmin orada yaşayan insanların bizim tərəfə olan fikirni dəyişmək lazımdır. Biz məgər Dağlıq Qarabağı qaytardıqdan sonra orada yaşayan əhalini köçürəcəyik və ya məhv edəcəyik? Yox. Dağlıq Qarabağ Azərbaycanın nəzarətinə qaytarıldıqdan sonra bu ermənilər Azərbaycan vətəndaşı olacaqlar. Qarabağı almaq üçün orada yaşayan insanların bu tərəfə doğru fikrini dəyişmək ehtiyacı var.
- Bu, necə olacaq? Axı oradakı ermənilərin içində Azərbaycanı tanımayan yeni nəsil böyüyb...
- Deməli, Azərbaycanı onlara yaxşı tanıtmaq lazımdır. Cəlbedici siyasət aparmaq lazımdır ki, oradakı ermənilər Azərbaycan vətəndaşı olmaqlarından narazı qalmasınlar. Başqa cür mümkün deyil. Azərbaycanı bu ermənilərə tanıtmağın yollarını tapmaq lazımdır. Lazımdırsa, Dağlıq Qarabağ erməniləri ilə əlaqə saxlanmalıdır. Əgər onları öz vətəndaşımız sayırıqsa, bunu elan ediriksə, deməli, birgəyaşayışa hazırlaşmaq lazımdır.
- Avropa Oyunlarının başlanmasına az qalır. Bununla bağlı müxtəlif beynəlxaq təzyiqlər nə ilə bağlıdır? İdman yarışlarını siyasi problemlər müstəvisində təqdim etmək cəhdi nəyi göstərir?
- Avropa Oyunlarının başlanmasına 3 həftə qalıb. İndi bunun təzədən müzakirə edilməsinə nə ehtiyac var? "Lazım idi” "lazım deyildi”tipli müzakirələr yersizdir. Bu qərar artıq qəbul olunub. Qərar veriləndə nə nəzərə alınıb-nə alınmayıb, bunlar artıq arxada qalmalıdır. Əsas odur ki, Oyunların Bakıda keçirlməsi qərarı verilib. Bu oyunlardan maksimum Azərbaycanın xeyrinə istifadə olunmalıdır.
- AMİP-in fəxri lideri kimi deyə bilərsinizmi, hazırda partiyanın perspektiv hədəfləri nədir?
- AMİP-in hazırkı hədəfləri parlament seçkiləri və partiyanın cəmiyyətdəki yerini özünə qaytarmaqdır.
- Sizin partiya rəhbərliyinə qayıtmaq planınız varmı?
- Bu, müzakirə olunmur.
Söhbətləşdilər:
Xaqani Səfəroğlu
Zaur İbrahimli