Misir Qəzza sakinləri üçün sərhədin açılmasının qəti əleyhinədir

Misir fələstinli qaçqınların qəbulu ilə bağlı Avropa İttifaqının təzyiqlərinə müqavimət göstərir.

Musavat.com xəbər verir ki, bu barədə Britaniyanın “Financial Times” qəzeti məlumat yayıb.

Qeyd olunub ki, Qahirədə hətta AB nümayəndəsini kütləvi qaçqın axını halında fələstinliləri Avropaya göndərərəcəyi ilə hədələyiblər.

"1 milyon insanı qəbul etməyimizi istəyirsiniz? Yaxşı, onda onları Avropaya göndərəcəyik. Əgər insan hüquqları sizin üçün bu qədər önəmlidirsə, qaçqınları qəbul edin", - deyə yüksək rütbəli Misir rəsmisi avropalı həmkarına bildirib.

Görüşdə iştirak edən Aİ rəsmisinin sözlərinə görə, misirlilər Qahirəni Qəzza zolağından qaçqınları qəbul etməyə məcbur etməyə çalışdıqlarına görə Brüsselə çox qəzəblidir.

Misir hökuməti bu məsələ ilə bağlı öz mövqeyini açıq şəkildə ortaya qoyub.

Qeyd olunub ki, Qəzza sakinlərinin köçü nə bölgədəki humanitar böhranın, nə də Fələstin-İsrail münaqişəsinin həllinə kömək etməyəcək.

BMT baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffitsin sözlərinə görə, Misir Qəzza sakinləri üçün sərhədin açılmasının qəti əleyhinədir.

"Müəyyən şərtlər daxilində Qəzzaya humanitar yardım göndərməyə hazırıq, lakin heç bir halda bölgədən ikili vətəndaşlığı olmayan insanları Misirə buraxmayacağıq”, - deyə Misir rəsmisi bildirib.

Millət