O vaxt çox adam çox şey xahiş edib məndən

Azərbaycanın sabiq Baş naziri, "qiyamçı polkovnik” Surət Hüseynov ötən gün "Youtube” kanalında blogger Laçın Məmişova geniş müsahibə verib. Surət Hüseynov müsahibədə bir sıra diqqətçəkən açıqlamalarla çıxış edib.

1992-ci il prezident seçkiləri haqqında danışan Surət Hüseynov iddia edib ki, Etibar Məmmədovdan namizədliyini Əbülfəz Elçibəyin xeyrinə geri götürməsini xahiş edib.

Maraqlıdır, həqiqətən belə bir məqam olubmu? Məsələ ilə bağlı AMİP-in fəxri lideri Etibar Məmmədovla əlaqə saxladıq. Etibar Məmmədov Cebhe.info-ya açıqlamasında Surət Hüseynovun dediyini təsdiqləyib:

"Vallah o vaxt çox adam çox şey xahiş edib məndən. O da onlardan biri. Ola bilər ki, desin elə bir şey”.
Cebhe.info