Qazax xalqının hürriyyətini əlindən  almaq istəyir ancaq bacarmayacaqlar

Qazaxıstan Kommunist Partiyası (bolşeviklər) Mərkəzi Komitəsinin katibi L. İ. Mirzoyan Stalindən  “repressiya” limitinin “birinci kateqoriya” üzrə 600 nəfər, ikinci kateqoriya” üzrə isə 1000 nəfər artırılması xahişi edir . 1937-ci il dekabrın 3-də “For” vizası ilə İ.Stalin, V.Molotov, L.Kaqanoviçə məxfi məktub göndərir. 
1937-ci il  oktyabrın 3-də Mirzoyan Stalinə “antisovet ünsürü”ndən olan 3500 nəfər üçün əlavə edam kvotasının ayrılması xahişi ilə şifrəli teleqram imzalayır. Bu qaniçən erməni Levon Mirzoyan  minlərlə qazaxın  güllələnməsinə  şərait yaradır. Tarix dərs çıxarmaq üçün mükəmməl bir vasitə olsa da çox təəssüflər olsun ki,  bəzən belə olmur. Bu qaniçən qatil Levon Mirzoyana Qazaxıstanda  1997 - ci ildə heykəl də qoyuldu. Çox söz söhbətdən sonra bu qaniçən cəlladın heykəli Qazaxıstanda söküldü.
1990 cı illərdə bizdə taxıl qıtlığı olanda Qazaxıstanda şəkər qıtlığı hökm sürürdü. O zaman Nazarbayev  höküməti təmsil edən nümayəndəsinə 4 milyon dollar ayırıb tapşırır ki,  ölkəyə şəkər gətirsin. Bu nümayəndə  Amerika ilə danışıqlar aparır pulu banka köçürür. Şəkər gəlib çıxmır. Sən demə Amerika da iş adamı  erməni olub  pulu atıb. Uzun həngamədən sonra cəmi 1 milyon dolları geri ala bildilər. 
 2022 - ci il. Qazaxıstan prezidentı Kasım Comərd Tokayev KTMT - yə rəhbərlik edən Ermənistan baş naziri Paşinyana  təşəkkür edərək bildirir ki: "Biz kömək üçün müraciət edən kimi onlar bizə köməyə gəldilər" .
 İndi sual edirəm bu rus erməni daha nələr etməlidir ki ,  bu comərd dostumuz olan qazaxlar dostunu düşmənini tanısın.
Məncə xalq tanıyır. Sadəcə rus eksponsionizmi  qazax xalqının hürriyyətini əlindən  almaq istəyir ancaq bacarmayacaqlar. Bu əsla mümkün deyildir. Qədim dövrlərdən ata itə rəğbəti olan xalqı ram etmək onun azadlığını əlindən almaq mümkün deyil.

Afsəddin Nəbiyev