Tərtərdə məktəbdə bazar

Redaksiyamıza Tərtər rayonunun Uşaq Musiqi Məktəbinin müəllimlərindən birinin şikayət məktubu daxil oldu. Məktuba nəzər yetirdikdə musiqi məktəbində baş verənlərə biganə qala bilmədik və yazılanları yerindəcə araşdırmaq üçün Bakıdan 350 km uzaqlıqda, cəbhə bölgəsində yerləşən Tərtərə yola düşdüm.

Öncə qeyd edim ki, Uşaq musiqi məktəbinin binasi XIX əsrə aid köhnə ikimərtəbəli bir binada yerləşir. Ancaq köhnə olan deyəsən, təkcə məktəb binası deyildir. Elə məktəbin idarə olunması da XIX əsr adət-ənənələridən uzağa getməyib. İlk tanışlıq məndə şikayətçinin hələ humanist davranaraq reallıqların tam əks olunmadığı qənaəti yaratdı. Çərşənbə günu saat 14:40 olmasına baxmayaraq, burada kimisə tapmaq mümkün deyil. Ölü bir sükunət höküm sürür. Halbuki bu vaxtlar burada həyat qaynamalı, hər tərəfdən çal-çağır və musiqi sədaları gəlməli idi. Hal-hazırda güclü dərs və məşğələlər olmalı idi. Otaqların hamısına kilid vurulub. Bu cür acınacaqlı mənzərə istər-istəməz cansıxıcı və təəssüf doğrucu əhval-ruhiyyə yaradır.

Bu əhval-ruhiyyə ilə yoldan keçənlərin birindən məktəbin direktorunu soruşarkən bildirir ki: "onun iş otağının ikinci mərtəbədə yerləşməsinə baxmayaraq, çətin ki indi tapmaq mümkün olsun. O, yalnız maaşdan maaşa məktəbə gəlir”.

Qalxıram ikinci mərtəbəyə, həqiqətən də, direktorun otağı da digər otaqlar kimi bağlıdır. Divardan asılmış dərs cədvəlinə nəzər yetirərkən məlum olur ki, təsadufdən bu gün direktor Emin Haqverdiyevin də dərsi var. Qarşıma bir müəllim çıxr. Biləndə ki, mətbuatdan gəlmisəm, əvvəl, məndən qaçmaq istəyir, Ancaq adının çəkilməyəcəyinə əmin olanda isə həvəslə sohbətə başlayır.

Direktoru soruşurkən müsahibim bildirdi ki, onun adına dərs saati yazılsa da o, heç vaxt dərs keçmir. Onu məktəbdə ancaq əmək haqqları veriləndə gorə bilirik, onda da müəllimlərin pulunu yığmağa gəlir. Bu azmış kimi öz həyat yoldaşının da sadəcə adı gedir özünü isə görən olmayıb. Bununla belə məktəbdə hamıdan çox dərs saatı da ona yazılır. Təkcə adını eşitmişik ki, Aynurədi, ancaq heç birimiz tanımırıq.

Məktəb direktoru mədəniyyət ocağını bazara çevirib.

Məktəbi Emin müəllim edib bir obyekt. Müəllimlərin əksəriyyəti işə gəlmir. Emin müəllim ya əməkhaqqı kartlarını alır, ya da ayın sonunda gəlib pullarını yığır. Məktəbin müəllimləri şagirdləri tanımır. Belə ki, əksəriyyət işə gəlməyən müəllimlərin şagirdlərini Emin müəllim tərəfindən işdən qovulmaq hədəsi ilə gələn müəllimlərə verir. Onlar da işlərini itirməmək üçün məcbur olub bu əvəzi ödənilməyən dərsləri keçirlər.

Söhbətimiz zamanı, ətrafimıza eşidib-bilən 4-5 müəllim də yığışdı. Onlar da Emin Haqverdiyevin direktor oldugu bu illər ərzində nə zülümlər çəkdiklərini sadəcə söz ilə ifadə etməyə söz tapmadıqlarını deyirlər. Müəllimlərdən biri bildirir ki, Emin müəllimə qədər məktəbin respublika üzrə adı-sanı, hörməti-izzəti olub. "O, bura direktor təyin olunan gündən bura təhsil müəssisəsi, mədəniyyət ocağı yox, bazara çevrilib.

Özünüz görürsüz müəllimlərin 90 faizi məktəbdə yoxdur. Şagird də gəlib müəllim tapmayandan sonra daha dərsə gəlmir. Çünki onlar uzaq kəndlərdən gəlirlər. Müəllimləri Emin qorxudur ki, şikayət etsəniz da xeyri olmayacaq, ancaq şikayət edəni işdən çıxardacam”.

Digər qadin müəllimənin söylədiklərinə görə, onun müəllim yoldaşı neçə vaxt idi ki, Bakıda işləyirdi, maaş kartı isə Emində idi. O, işinə qayıtmaq üçün Emin müəllimdən əmək haqqı kartını istəyəndə çox sərt etirazla və hədə ilə qarşılaşdı. Onu qorxutmuşdu ki, işə çıxsan səni bir bəhanə ilə işdən çıxardacam. Beləcə, əksər müəllimlərin dərsə gəlməsini əngəlləyir. Məktəbdə elə bir mühit yaradılıb ki, heç kim məktəbə gəlmək istəmir.
Müəllimlərin bu cür acınacaqlı vəziyyəti və qanunsuzluqları görə-görə nədən müvafiq qurumlara müraciət etməmələrinin səbənin soruşduqda isə maraq doğuracaq cavab verdilər: "Qorxuruq ki, Nazirliyə yazarıq, ora-bura şikayət edərik, bu müraciətlərin nəticəsi olmaz, işimizi itirərik. Ancaq bəlkə mətbuat vasitəsilə cənab Nazir bizim müsibətimizdən xəbər tutaraq Emin Haqverdiyevi işdən azad edib, bu kollektivin də burada təhsil alan şagirdlərin də canını qurtara”.

Müəllimələrdən biri isə bildirdi ki, "dövlətimizin bütün sahələrə olduğu kimi mədəniyyətə, musiqiyə göstərdiyi qayğısı artan dinamika ilə inkişaf etdiyi halda, bizim məktəb bir direktorun əlindən geridə qalmışıq. Onun əlində əsir-yesir olmuşuq. Hər yerdə dövlət qurumları saxta diplomların üstunə düşərək tədbir gördükləri halda, niyə bizim nazirlik buna loyal yanaşır”.

Aydin olur ki, səndemə məktəbin direktoru Emin Haqverdiyevin diplomu saxta imiş. Düşünürük ki, cənab nazir Əbülfəz Qarayev belə saxta diplomla layiq olmadığı məqamda-direktor vəzifəsində çalışmasına son qoyacaq. Çünki Əbülfəz müəllim nazir olandan bəri mədəniyyət sahəsində cox yeniliklər olub cox uğurlar qazanılıb.

Məktəb direktoru ilə əlqə saxlamaq imkanımız olmadığından onun mövqeyini öyrənə bilmədik.

Qarşı tərəfin də mövqeyini işıqlandıra bilərik.
Fərid